Yuxarı

Trampdan İranla ABŞ arasındakı girov mübadiləsinə - Reaksiya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampdan İranla ABŞ arasındakı girov mübadiləsinə - Reaksiya

18:51

İran və ABŞ arasında girov mübadiləsi baş tutub.

Axar.az xəbər verir ki, bu barədə məlumatı İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Tvitter hesabında qeyd edib. O bildirib ki, sanksiyaları pozması iddiası ilə 1 ildən artıqdır ABŞ-da həbs edilən Məsud Süleymani sərbəst buraxılıb.

Onun sərbəst buraxılması ilə İranda 2016-cı ildə casusuluqda şübhəli bilinərək saxlanılan Amerika vətəndaşı Syue Van azad edilib.

Zərif onların mübadiləsində vasitəçilik etdiyi üçün İsveçrəyə təşəkkür edib.

***

ABŞ Prezidenti Donald Tramp İranla həyata keçirilən girov mübadiləsi ilə bağlı bəyanat yayıb.

Amerikalı tələbə Syue Vanın evinə qayıdacağını qeyd edən Tramp vasitəçilik etdiyi üçün İsverçərəyə təşəkkür edib:

"ABŞ-ın ən vacib prioriteti vətəndaşlarının təhlükəsizliyi və rifahıdır. Girovluqda olan bütün amerikalıları sərbəst buraxmaq hökumətim üçün həyati önəm kəsb edir. Xaricdə səhvən tutulan bütün vətəndaşlarımızı evlərinə qaytarmaq üçün çox çalışmağa davam edəcəyik".

Tarix
2019.12.08 / 00:28
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

DOST Agentliyinin Müşahidə Şurası iclas keçirdi

AB Şurasının üzvləri Şuşada - Foto

Bunlar dünyanın iki supergücüdür, üçüncüsü yoxdur!

Biz özümüzə hörmət edən insanlarıq - Prezident

Bizə qarşı olan bir zərbəyə 10 zərbə qaytarırıq...

Təhlükəsizlik üçün 9 milyard manat ayrılacaq

Prezident onu Bakı cəlladı adlandırdı

Ravvinlərin Ərdoğana duası, Türkiyə və İsrailin gizli əlaqələri

Ermənistanda saxlanılan əsgərimiz həbs edildi

Cəbrayıl ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla