Yuxarı

Putini Misir qırıcıları müşayiət etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putini Misir qırıcıları müşayiət etdi

Misirli həmkarı Əbdülfəttah Sisi ilə görüşən Rusiya Prezidenti Vladimir Putinin bu ölkəyə səfəri davam edir.

Axar.az xəbər verir ki, iki günlük rəsmi səfərlə bağlı Qahirədə olan Putini Misir reaktivləri müşayiət edib.

Xatırladaq ki, Putinin Sisi ilə rəsmi danışıqları bu gündən etibarən başlayır. İkili və heyətlərarası görüşlərdən sonra sənədlərin imzalanması gözlənilir. Putin və Sisi müqavilələrin imzalanmasından sonra mətbuat konfransı təşkil edəcək. Rus liderin İsgəndəriyyə və Afrika Patriarxı II Teodor ilə də bir araya gəlməsi də gözlənilir.

Xatırladaq ki, Sovet İttifaqı və Misir əlaqələri 1960-cı illərdə Camal Əbdül Nasirin prezidentliyi dövründə son dərəcə isti olmuşdu.

Lakin Əbdül Nasirin ölümündən sonra kresloya oturan Ənvər Sədat ölkəni Qərbə doğru istiqamətləndirdi. 1972-ci ilin iyulunda bölgədə Sovet hərbi bazalarının bağlanılması və 20 min rus əsgərinin Misirdən çıxarılmasından sonra Moskva-Qahirə münasibətlərini bir daha əvvəlki vəziyyətinə qaytarmadı.

Moskva ABŞ diplomatiyasının Yaxın Şərqdə təsirini itirməsi üçün Misirlə əlaqələrin inkişaf etdirilməsinin tarixi bir fürsət olduğunu düşünür.

Tarix
2015.02.10 / 10:18
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla