Yuxarı

Taleyüklü Minsk görüşü 12 saatdır davam edir – Nəticə yoxdur

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Taleyüklü Minsk görüşü 12 saatdır davam edir – Nəticə yoxdur

"Normand dördlüyü" – Rusiya, Ukrayna, Fransa və Almaniya liderlərinin Minskdə Ukrayna böhranı ilə bağlı dünəndən başlayan görüşü 12 saatdır davam edir.

Axar.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Moskva vaxtı ilə ötən gün saat 20:15-də başlayan görüşdən iki saat sonra liderlər şəkil çəkdirmək üçün fasilə veriblər. Görüş daha sonra məhdud formatda davam etdirilib.

Görüş hələ də başa çatmayıb. Rusiya mətbuatı görüşün daha 5-6 saat sürəcəyini istisna etməyib. Danışıqların aparıldığı zalın qapıları arxasında gözləyən jurnalistlərə isə heç bir məlumat verilmir.

Zirvə toplantısında 500-dən çox jurnalistin iştirak etdiyi bildirilir.

Minskdəki görüşdə iştirak edən Ukrayna Prezident Administrasiyasının sədr müavini Valeri Çalıy da görüşün 5-6 saat davam edə biləcəyini istisna etməyib.

"Bizim hələ 5-6 saatlıq işimiz var. Atəşkəslə bağlı razılaşma əldə olunmadan buradan getmək olmaz. Əsəblərin mübarizəsi başladı", - Çalıy deyib.

Tarix
2015.02.12 / 09:50
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla