Yuxarı

Savaş başlayır: azərbaycanlıların qatili İrəvana qayıdır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Savaş başlayır: azərbaycanlıların qatili İrəvana qayıdır

"Qaqik Çarukyanın Sərkisyana qarşı çıxmasının arxasında Robert Köçəryan dayanır".

Axar.az xəbər verir ki, bu iddia ilə Ermənistan "168 Jam" qəzeti çıxış edib.

Mətbuat Çarukyanın bir müddət öncə Köçəryanla görüşdüyünü bildirib:

"Təsadüfi deyil ki, Sərkisyanın çıxışından sonra Köçəryan dərhal Kiyevdən Ermənistana qayıtdı. Lakin ən maraqlı məqam Çarukyanla Köçəryan arasında olan əlaqədir. Köçəryanın yaxın adamları bildirirlər ki, onlar Çarukyanı müdafiə edəcəklər. Üstəlik, bir müddət öncə Çarukyan Moskvaya səfəri zamanı gizli olaraq Köçəryanla görüşmüşdü. Bu illər ərzində Köçəryanın Moskva ilə apardığı danışıqlar artıq öz bəhrəsini verib. Artıq Kreml Köçəryanın komandasına yenidən geriyə dönmək üçün yaşıl işıq yandırıb. Yəqin ki, bu yaxınlarda biz Köçəryanın böyük siyasətə dönməsinin şahidi olacağıq".

Qeyd edək ki, Qaqik Çarukyan Robert Köçəryanın biznes ortağıdır. Qarabağda anadan olan Köçəryan 1996-cı ilə qədər qondarma Dağlıq Qarabağ rejiminin rəhbəri olub. Sonra o, Ermənistana Baş nazir vəzifəsinə gətirilib. Levon Ter-Petrosyanın istefasından sonra Moskva Köçəryanı prezident təyin edib. Bununla da Ermənistanda Qarabağ klanının hakimiyyəti daha da güclənib. 2008-ci ilə qədər prezident olan Köçəryan sonralar öz yerini Qarabağdan olan və onun rəhbərliyi dövründə hökumətdə Müdafiə naziri, Baş nazir işləyən Serj Sərkisyana təhvil verib. 2013-cü ildə Sərkisyanın yenidən prezident seçilməsi Köçəryanla aralarındakı siyasi mübarizəni daha da gücləndirib.

Ekspertlər isə hazırda Ermənistanda yaranmış situasiyanın ölkədə yeni siyasi müharibənin başlanğıcını qoyduğunu söyləyirlər.

Tarix
2015.02.14 / 21:23
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Rəsmi Bakı Anım Günü ilə bağlı bəyanat yaydı

Bayramov ABŞ-da 37 görüş keçirdi, 17 sənəd imzaladı

İlham Əliyevin Anım Günü ilə bağlı paylaşımı

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla