Yuxarı

NATO Gürcüstanda hərbi qüvvələr yerləşdirəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
NATO Gürcüstanda hərbi qüvvələr yerləşdirəcək

NATO bu il Gürcüstanda hərbi kontingent yerləşdirmək niyyətindədir.

Axar.az xəbər verir ki, hərbi qüvvələrin 2020-ci ildə həyata keçiriləcək "Avropanın müdafiəçisi – 2020” təlim layihəsi çərçivəsində Gürcüstana gətiriləcəyi gözlənilir.

Məlumata görə, layihə çərçivəsində NATO Gürcüstandan əlavə Baltikyanı ölkələrə, Almaniya və Polşaya da hərbi qüvvələr yerləşdirəcək.

Qeyd edilir ki, təlimlər NATO-nun hərbi gücünün yoxlanılması məqsədi daşıyır.

Təlimlərlə əlaqədar ABŞ Avropaya 20 min hərbçi göndərəcək. Bu ABŞ-ın son 25 ildə Avropa ölkələrinə göndərdiyi sayca ən böyük qüvvə olacaq. Ən böyük kontingentin isə Polşa ərazisində yerləşdiriləcəyi bildirilir. Ümumilikdə "Avropanın müdafiəçisi – 2020” hərbi təlimlərində 18 ölkədən 37 min hərbi qulluqçunun iştirakı gözlənilir.

Tarix
2020.01.22 / 00:34
Müəllif
Axar.az
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla