Yuxarı

Çində dəhşətli virus: ölənlərin sayı durmadan artır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində vəhşi heyvanlardan yayıldığı yəqin edilən koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı 544-ə, bu virus səbəbindən ölənlərin sayı isə 17-yə çatıb. Digər ölkələrdə isə bu virusa yoluxanların sayı 7-dir.

Axar.az xəbər verir ki, bu barədə Xubey vilayətinin rəsmilərinin keçirdiyi mətbuat konfransında məlumat verilib. Bildirilib ki, virusun səbəb olduğu sətəlcəm xəstəliyinin ölüm hallarının hamısı vilayətin inzibati mərkəzi olan Uxan şəhərində qeydə alınıb.

Xatırladaq ki, Çin Dövlət Səhiyyə Komissiyasının yüksək səviyyəli ekspertlər qrupu koronavirusun yeni növünün insandan-insana keçməsi faktını təsdiqləyiblər. Çinin materik hissəsindən başqa, Tayvan adasında, Honkonq və Makao xüsusi inzibati bölgələrində, Tailandda, Cənubi Koreyada, Yaponiyada və ABŞ-da virusa yoluxma halları aşkarlanıb. Onların hamısı Çinin Uxan şəhərinə səyahət edənlərdir.

Koronaviruslar sətəlcəmdən tutmuş Orta Şərq Respirator Sindromu (MERS) və Şiddətli Kəskin Respirator Sindromuna (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olan böyük bir virus qrupudur.

Tarix
2020.01.22 / 19:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla