Yuxarı

Çindəki dəhşətli virus aviaşirkətləri də hərəkətə keçirdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çindəki dəhşətli virus aviaşirkətləri də hərəkətə keçirdi

Çinin mülki aviasiya idarəsi yeni koronavirusun yayılması ilə bağlı aviaşirkətlərin və agentlərin üzərinə biletlərini geri qaytarmaq istəyən bütün sərnişinlərdən cərimə tutmamaq öhdəliyi qoyub.

Axar.az xəbər verir ki, idarənin yaydığı məlumatda bu qaydanın yanvarın 24-də saat 00:00-dan başlayaraq tətbiq olunacağı bildirilir. Həmçinin "China Railway" korporasiyası elan edib ki, koronavirusun yayılması səbəbindən sərnişinlər əvvəlcədən alınmış biletləri əlavə pul ödəmədən geri qaytara bilərlər.

Çinin hakimiyyət orqanlarının məlumatına görə, Ay təqvimi üzrə bu il yanvarın 25-nə keçən gecəyə təsadüf edən Yeni il tətili zamanı ölkə sakinləri 3 milyarda yaxın səfər edirlər. Yeni il tətili dövrü Çində həm ölkə daxilində, həm də xaricə kütləvi gediş-gəlişlə müşayiət olunur. Milyonlarla çinli Yeni ili ailə əhatəsində qarşılamaq üçün doğma şəhərlərə qayıdır. Çində Yeni il səfərləri mövsümü dünyada ən böyük miqrasiya hadisəsi hesab olunur və 40 gün çəkir. Lakin hakimiyyət orqanları kütləvi səfərlərin ölkədə koronavirusun yeni tipinin baş qaldırması və yayılması ilə bağlı vəziyyəti gərginləşdirə biləcəyindən ehtiyatlanır və insan axını hərəkətinin azaldılması üçün tədbirlər görür.

Tarix
2020.01.24 / 00:21
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla