Yuxarı

Sabah Bakıya qar yağacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabah Bakıya qar yağacaq

Azərbaycan ərazisində hava şaxtalı və yağıntılı olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Axar.az-a verilən məlumta görə, fevralın 19-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Əsasən gecə və axşam yağıntının sulu qar və qarla qarışıq yağması gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz tədricən cənub-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 19-da havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, duman olacağı gözlənilir. Gündüz yağıntının kəsiləcəyi gözlənilir. Şərq küləyi əsəcək

Aran rayonlarında havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti, dağlıq ərazilərdə gecə 5-10, gündüz 0-4 dərəcə şaxta olacaq.

Tarix
2015.02.18 / 12:38
Müəllif
Axar.az
Digər xəbərlər

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla