Yuxarı

Kılıçdaroğlu şokda: İmamoğlunun bu hərəkəti...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kılıçdaroğlu şokda: İmamoğlunun bu hərəkəti...

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun Elazığdakı zəlzələ zamanı dağa tətilə getməsi CHP lideri Kamal Kılıçdaroğlunu şoka salıb.

Axar.az xəbər verir ki, bu iddia ilə Türkiyənin "Habertürk" nəşrinin yazarı Sevilay Yılman çıxış edib.

Türkiyə zəlzələnin yaralarını sarımağa çalışarkən İstanbul meri İmamoğlunun Palandökəndə xizək sürməyə getməsi gündəmdən düşmür.

Yazar İmamoğlunun bu addımının Kılıçdaroğlunun qəzəbləndirdiyini vurğulayıb:

"Bunu bilirəm. Əkrəm bəy əvvəlcə Elazığa, sonra bu yolla Ərzuruma gedir. O, partiyada və Kamal Kılıçdaroğlunun şəxsində özünə qarşı qəzəb yaratdı. Görüşdüyüm və danışdığım bütün CHP-çi mənbələr Kamal bəyin sarsıldığını söylədi. Bundan əlavə, Kamal bəyin işçiləri Əkrəm bəyə bunun düz olmadığını söylədi. İnsanlar orada ölürlər. Dağıntılar altında işlər aparılır. Belə vəziyyətdə onun dağa tətilə getməsi və bunu sosial şəbəkə üzərindən də bildirməsi doğru deyil".

Qeyd edək ki, bundan öncə Ə.İmamoğlunun bu ərəfələrdə tətildə olarkən vətəndaşlarla çəkdirdiyi fotoları sosial media hesabından paylaşması birmənalı qarşılanmayıb.

Tarix
2020.01.31 / 09:07
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

47 min Qarabağ ermənisi vətəndaşlıq aldı

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla