Yuxarı

Koronavirusla bağlı dünyanı məlumatlandıran həkim öldü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Koronavirusla bağlı dünyanı məlumatlandıran həkim öldü

Çində koronavirusun yeni növü barədə ictimaiyyəti ilk məlumatlandıran 8 həkimdən biri olan Li Venlian fevralın 7-də virusdan ölüb.

Axar.az xəbər verir ki, Uhan şəhərindəki Mərkəzi Xəstəxananın oftalmoloqu olan 33 yaşlı Li Venlian yerli vaxtla gecə saat 2:58-də (Bakı vaxtı ilə 22:58) vəfat edib. Sosial şəbəkələrdə onun ölümü barədə məlumata qısa zamanda milyonlarla şərh yazılıb. Dünya Səhiyyə Təşkilatının rəsmiləri də onun ölümünə kədərləndiyini bildiriblər.

Qeyd edək ki, Li Venlian ötən il dekabrın 30-da “Wechat” messencerindəki qruplardan birində Uhan Mərkəzi Xəstəxanasında 7 nəfərin SARS-a oxşar virusa yoluxmasını təsdiqləyən raport gördüyünü yazıb. Yanvarın 3-də Li və bu barədə ictimaiyyətə məlumat verən digər 7 həkim polisə çağırılaraq, internet resurslarında yalan məlumat yaydıqlarına görə tənbeh olunublar. Bundan sonra işini davam etibarən həkim Li Venlianda yanvarın 10-dan etibarən koronavirusun səbəb olduğu sətəlcəm xəstəliyinin əlamətlərindən öskürək və qızdırma müşahidə olunmağa başlayıb. O, fevralın 1-də “Weibo” sosial şəbəkəsində koronavirusa yoluxması barədə status yazıb.

Tarix
2020.02.07 / 01:30
Müəllif
Axar.az
Digər xəbərlər

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla