Yuxarı

Kremlin planı baş tutdu: Qərb ittifaqı parçalanır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kremlin planı baş tutdu: Qərb ittifaqı parçalanır

"Ukrayna böhranı Qərb ölkələrini iki düşərgəyə ayırıb".

Axar.az xəbər verir ki, bu açıqlama ilə Amerika İnstitutunun direktoru Rona Pola Daniel Makadams çıxış edib.

O, iki yerə bölünmüş düşərgənin bir tərəfində Britaniya ilə ABŞ-ın, digər tərəfində isə Almaniya və Fransanın dayandığını bildirib:

"Ukrayna böhranı getdikcə Qərbi daha çox parçalayır. Hazırda Donbasdakı münaqişə barədə mövqelərini yalnız ABŞ və Avropa Birliyi deyil, həmçinin AB-nin daxilindəki ayrı-ayrı dövlətlər də razılaşdıra bilmir. Bir vaxtlar Ukrayna məsələsində yekdil olan Qərb liderləri açıq-aydın anqlo-sakson və fransız-alman cəbhələrinə bölünüblər".

Politoloqun fikrincə, britaniyalıların, xüsusilə də ölkənin Müdafiə naziri Maykl Fellonun bəyanatları getdikcə daha da sərtləşir, AFR kansleri Angela Merkel və Fransa Prezidenti Fransua Olland isə situasiyanı maksimum dərəcədə yumşaltmağa çalışırlar:

"Britaniyanın müdafiə naziri bu yaxınlarda bildirmişdi ki, Rusiya Avropa üçün İŞİD-dən daha təhlükəlidir. O deyib ki, Rusiya istənilən an Baltikyanı dövlətələrə hücuma keçə bilər. Britaniyanın, xüsusillə də ABŞ-ın bu məsələdəki mövqeyi daha çox onunla izah edilir ki, Ukrayna problemində sonuncu sülh təşəbbüsü Rusiya, Almaniya və Fransaya məxsusdur. Vaşinqton çox hiddətlənib ki, Minsdəki sənəd onun iştirakı olmadan qəbul edilib, indi özü başladığı əməliyyatdan çıxa bilmir. ABŞ heç cür qəbul edə bilmir ki, vəd olunmuş nəticələrə gəlib çıxmayan bir məsələdə iştirak ediblər".

Tarix
2015.02.22 / 15:26
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Pezeşkian Əliyevə mesaj göndərdi: Nələrə işarə etdi?

Almaniya və İspaniya diplomatları da təxliyə olundu

Mehriban Əliyeva Azərbaycan qadınlarını təbrik etdi

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı şok etdi

SEPAH-dan növbəti böhtan: Azərbaycanı hədələdi - Foto

Hakimiyyətdəki Türkiyə əleyhinə qruplaşma zərərsizləşdirildi

Azərbaycan səfirliyinin avtomobili qəzaya düşdü - Foto

Fidan Türkiyə və Azərbaycanla bağlı xəbərdarlıq etdi

Bakıdan ABŞ-ın Naxçıvanla bağlı bəyanatına reaksiya

Qalibafdan xəbərdarlıq: Ölkələr sülhdən zövq almayacaqlar!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla