Yuxarı

Azərbaycanlı iş adamının həbs səbəbi – Təfsilat

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı iş adamının həbs səbəbi – Təfsilat

Türkiyənin gündəmində olan "Böyük Rüşvət" əməliyyatının istintaqı 3 yolla icra edildi.

İran bağlantısı

İlk istintaq 2008-ci ildə Ebru Gündəşin İran əsilli həyat yoldaşı Rza Zarraba qarşı başlandı. Zarrab siyasi əlaqələrini gücləndirərərək İrana çox böyük miqdarda pul göndərməyə və qarşılığında qızıl gətirməyə başlayıb. 2012-ci ildə İqtisadiyyat və Daxili İşlər Nazirliyinin rəhbərlərinin oğulları və daha 32 nəfər izlənməyə başlandı.

O, İrana pulları kuryerlərlə çantalarda və bank köçürməsi əməliyyatı ilə göndərir. Hətta 150 milyon dollar 2011-ci ildə Rusiyada tutulur. Bəzi siyasətçilərin müdaxiləsi ilə pul köçürmələrini "Halk Bank"dan etməyə başlayır. Bu müdaxilənin qarşılığında o, siyasətçilərə küllü miqdarda rüşvət verir.

1,5 ton qızıl

Şübhəlilər polisin təqibindən azad olmaq üçün saxta şəxsiyyət vəsiqələrindən və qırmızı xətli telefonlardan istifadə etməyə başlayır. Zarrab şirkətinin otel layihəsinə görə "Halk Bank"dan çəkəcəyi 42 milyon dollara görə 500 min dollar rüşvət verir.

Sənəddə olan ən vacib fakt isə 2013-cü il yanvar ayında ULS hava yollarına aid təyyarədə 1,5 ton qızıl tapılmasıdır. Sənədsiz olan 1,5 ton qızılı Türkiyəyə gətirməyə çalışan qruplaşma qızıla təbii daş adı verir, karqonun ünvanı isə Dubaydan Türkiyəyə dəyişilir.

1.5 milyon dollar

Təyyarəni möhürləyən səlahiyyətlilər yalanı ortaya çıxararaq bunu qeydə alırlar. Ancaq bütün saxta sənədlərdə olan çatışmazlıqlara baxmayaraq, içində 1,5 ton qızıl olan təyyarə yanvarın 18-i heç bir yoxlamadan keçmədən Dubaya yollanır.

Hadisələrdə siyasətçilərə 1,5 milyon dollar rüşvət verildiyi iddia edilir.

Tarix
2013.12.18 / 09:48
Müəllif
Nərminə Allahverdiyeva
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla