Yuxarı

Tiflisdə koronavirus aşkarlandı: İranla quru əlaqə də kəsildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tiflisdə koronavirus aşkarlandı: İranla quru əlaqə də kəsildi

22:31

Gürcüstanda koronavirusa yoluxma halı qeydə alınıb.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın Məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Ekaterine Tikaradze bu gün keçirdiyi brifinqdə bildirib. O qeyd edib ki, virus İrandan Azərbaycan vasitəsilə qayıdan Gürcüstan vətəndaşında müəyyən olunub:

“Bizim İranla quru sərhədimiz yoxdur. Lakin baş nazirlə görüşdə qərara alındı ki, İran vətəndaşlarının ölkəyə gəlişi və bizim vətəndaşlarımızın İrana səfəri 2 həftəlik qadağan olunsun”.

Qeyd edək ki, bəzi sosial şəbəkə istifadəçiləri Tikaradzenin bu açıqlamasını yanlış olaraq Gürcüstanın Azərbaycanla sərhəd-keçid məntəqəsini bağladığı anlamında başa düşüb.

İranda yayılan koronavirus səbəbindən Gürcüstan bu ölkə ilə hava əlaqəsini bir neçə gün öncə dayandırmışdı.

Tarix
2020.02.26 / 23:53
Müəllif
Axar.az
Digər xəbərlər

Nazir təsdiqlədi: Bu sürücülərdən 30 manat tutulacaq...

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

Bayramov serbiyalı həmkarı ilə görüşdü

Prezidentin əfv etdiyi yeganə qadın məhkum - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla