Yuxarı

Putin Suriyadakı əməliyyatlara görə 2 nəfəri mükafatlandırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Baş Qərargahının Baş Operativ İdarəsinin rəisi Sergey Rudskoy və Rusiya Hərbi Desant Qüvvələrinin komandanı general-polkovnik Andrey Serdyukov “Rusiya Qəhrəmanı” fəxri adını alıblar.

Axar.az xəbər verir ki, bu məlumatı TASS agentliyi yayıb. Məlumata görə, onlara bu fəxri ad Suriyadakı əməliyyatlara görə verilib. Hər iki generala “Qızıl ulduz” medalı fevralın 23-də təqdim olunub.

Qeyd edək ki, Rusiya Federasiyasının Qəhrəmanı Rusiya Federasiyasında təqdim olunan ən yüksək fəxri ad hesab olunur. Bu ünvan Rusiya Federasiyası Prezidentinin qərarnaməsi ilə "Rusiya dövlətinə və onun xalqına xidmət edən, qəhrəmanlıq nümayiş etdirmiş" şəxslərə verilir.

Andrey Serdyukov hərbi fəaliyyətinə Gəncədə başlayıb. Belə ki, o, 1983-cü ildə Ryazan Ali Hava Desant Komanda Məktəbini bitirdikdən sonra Gəncədəki 104-cü Qvardiya HDD-yə göndərilib. Serdyukov 1990-cı ilə qədər burada fəaliyyət göstərib. O, sonradan Cənub Hərbi Dairəsinin Baş Qərargah rəisi olub. Bu vəzifədə olarkən Krımın anneksiyası əməliyyatını uğurla icra edib.

2019-cu ildə Rusiyanın Suriyadakı qüvvələrinə rəhbərlik edib. Onun rəhbərliyi dönəmində Suriyanın şimal-şərqinin böyük hissəsi, o cümlədən İdlibin cənubu Əsədin nəzarətinə keçib.

Tarix
2020.02.28 / 13:25
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla