Yuxarı

DTX yüksək vəzifəli məmurları rüşvətə görə saxladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
DTX yüksək vəzifəli məmurları rüşvətə görə saxladı

Gürcüstanın Borjomi bələdiyyəsinin rəhbəri Levan Lipartiya və Şəhər Şurasının sədri Giorgi Qoqiçaşvili rüşvət alma faktına görə saxlanılıb.

Report xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, şura sədri sahibkardan xüsusi icazənin verilməsi üçün 200 min lari məbləğində rüşvət tələb edib və ilkin olaraq 20 min lari alıb.

Həmçinin müəyyən olunub ki, Borjomi bələdiyyəsinin rəhbəri Bakurianidə qanunsuz tikintinin müdafiəsi üçün həmin sahibkardan 10 500 lari məbləğində rüşvət tələb edib və ilkin olaraq 8 min lari alıb. Məmurun dostu bu faktı bilsə də, cinayət barədə aidiyyəti qurumlara məlumat verməyib. Həmin şəxs də saxlanılıb.

Faktla bağlı xüsusilə böyük məbləğdə rüşvət alma maddəsi üzrə istintaq aparılır. Məmurları 7 ildən 15 ilədək, faktı gizlədən şəxsi isə 3 ildən 7 ilədək həbs cəzası gözləyir.

Tarix
2020.02.29 / 11:59
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla