Yuxarı

Misirdə şiddətli atışma: canlı yayımlandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Misirdə şiddətli atışma: canlı yayımlandı

Misirin paytaxtı Qahirənin Əl-Əmiriyə məhəlləsində polislə terrorçular arasında şiddətli atışma olub.

Axar.az xəbər verir ki, yaşayış binasından ətrafa və polislərə atəş açan silahlıların müqaviməti axşam saatlarına qədər davam edib. Sakinlərə səsgücləndiricilər vasitəsilə evlərindən çıxmamaq barədə çağırış edilib. Əraziyə cəlb olunmuş xüsusi təyinatlı polis dəstəsi terrorçuları mühasirəyə alıb.

Silahlıların Qahirənin mərkəzində bombalı terror aktı həyata keçirmək istədikləri bildirilir. Mühasirəyə alınansilahlıların gizləndikləri mənzildə partlayıcı qurğuların da olduğu qeyd edilir.

Əl-Əmiriyə rayonu Qahirənin ən sıx məskunlaşmış ərazisi olduğundan, binanın polis tərəfindən mühasirəsi uzun müddət davam edib. Yerli vaxtla saat 19:35-də binaya girən polis əməkdaşları İŞİD-çi olduqları bildirilən terrorçuları məhv ediblər.

Polislə terrorçularla atışma Misir telekanallarında canlı yayımlanıb.

Tarix
2020.04.14 / 23:46
Müəllif
Axar.az
Digər xəbərlər

Bunu etməsək, Bakı sülh sazişini imzalamayacaq

30 yaşında deputat, 35 yaşında nazir oldu

Prezident Yohan David Vadefulla görüşdü

İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi

Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq

Hər bir azərbaycanlı müstəqil dövləti ilə qürur duyur!

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi - Foto

Nəsimi Ermənistana hansı silah-sursatla keçib?

Almaniya xarici işlər naziri Azərbaycana gəlir

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla