Yuxarı

Koronaya görə prezidentə əlavə səlahiyyət verildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Koronaya görə prezidentə əlavə səlahiyyət verildi

Misir parlamenti ölkənin fövqəladə hallar haqqında qanununa dəyişiklik edərək, dövlət başçısı Əbdülfəttah Sisiyə koronavirus pandemiyası ilə mübarizəyə dair əlavə səlahiyyətlər verib.

Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, qanuna edilən yeni dəyişiklik Misir Prezidentinə COVID-19 pandemiyası ilə əlaqədar zəruri addımların atılması səlahiyyəti verir. Yeni səlahiyyətlərlə dövlət başçısı məktəblərdə və universitetlərdə təhsil prosesini, hökumət strukturlarının və özəl qurumların fəaliyyətini dayandıra, elektrik, qaz və suya olan kommunal ödənişləri təxirə sala bilər.

Qanuna edilən yeni dəyişiklik dövlət başçısına şəxsi və ictimai görüşlərin, nümayişlərin, məhkəmə proseslərinin, bayram şənliklərinin də qadağan edilməsi, xarici ölkələrdən gələn vətəndaşlara karantin rejimi tətbiqi, bəzi malların və məhsulların ixracının dayandırılması, ticarətin, nəqliyyatın fəaliyyətinin məhdudlaşdırılması səlahiyyəti də verir.

Eyni zamanda, Prezident üç ay müddətinə bir sıra vergilərin ertələnməsi barədə də sərəncam verə bilər.

Parlamentin yeni düzəlişində, həmçinin karantin xəstəxanalarının da birbaşa Prezident Administrasiyasının tabeliyinə verilməsi nəzərdə tutulur. Bundan başqa, ölkədə bioloji materiallarla bağlı bütün elmi və laboratoriya tədqiqatlarına ali icra orqanı nəzarət edəcək.

Tarix
2020.04.19 / 19:53
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

Ermənistanla bunların üzərində işləyirik - Prezident

Bayramov İshaq Darla Bişkekdə görüşdü

Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - Foto

İlham Əliyev Putinlə ayaqüstü görüşdü - Video

"ŞƏT plyus" formatında yüksək səviyyəli görüş başladı - Canlı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla