Yuxarı

Paşinyan İrana yardımlara görə təşəkkür etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan İrana yardımlara görə təşəkkür etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan koronavirusla bağlı qida və mal qıtlığının qarşısını almağa kömək edən yük daşımalarının təşkilində göstərdikləri köməkliyə görə İran, Rusiya və Gürcüstana minnətdarlığını bildirib.

Axar.az xəbər verir ki, bu haqda məlumatı “İrna” nəşri yayıb.

“Ermənistandakı koronavirus epidemiyasının mühüm xüsusiyyətlərindən biri də odur ki, ölkəmizdə bir gün belə olsa mağazalarda vitrinlər boş qalmır. Bu baxımdan İran, Gürcüstan, Rusiyadan olan tərəfdaşlarımıza bir daha təşəkkür etmək istəyirəm ki, fasiləsiz ticarəti təmin etmək üçün öz səylərini əsirgəmirlər”, – deyə baş nazirin mesajında deyilir.

Qeyd edək ki, Ermənistanın Rusiya ilə birbaşa sərhədi olmadığından yüklər Gürcüstan vasitəsilə daşınır. Lars hərbi yolu isə yeganə dəhlizdir və dağlıq ərazidən keçdiyi və dar olduğu üçün vaxtaşırı olaraq bağlanır.
Ermənistanı fəlakətdən xilas edən İran dəhlizidir və İranın bu ölkəyə ərzaq və neft daşımalarını əks etdirən videolar az öncə də yayılmışdı.

Tarix
2020.04.24 / 01:34
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

13 nəfər Suriyadan Azərbaycana gətirildi

Dronla vurulan gəmidəki Coşqunun ailəsi danışdı - Video

Strateji tərəfdaşlıq: London və Bakı yeni mərhələyə keçir

Azərbaycan əsgərini təhvil versək... - Paşinyan

Allahşükür Paşazadə Yerlan Karinlə görüşdü

Rusiyadan AZAL qəzası ilə bağlı yeni açıqlama...

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Azərbaycanı onlardan minlərlə kilometr məsafə ayırsa da...

Prezident onlara müraciət ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla