Yuxarı

Kreml qoşunlarını Ermənistana yeridəcək, əgər...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kreml qoşunlarını Ermənistana yeridəcək, əgər...

"Ermənistanda hakimiyyəti yalnız Moskvanın sifarişi əsasında, inqilabi yolla dəyişmək olar".

Axar.az xəbər verir ki, bu sözləri "1in.am" saytına açıqlamasında Ermənistanın Milli Təhlükəsizlik Nazirliyinin 1994-1995-ci illər ərzində rəhbəri olmuş politoloq David Şahnazaryan söyləyib.

O, baş verəcək digər halların hər birinin Rusiya tərəfindən "rəngli inqilab" hesab ediləcəyini və buraya əvvəllər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bəyan etdiyi kimi qoşun yeridiləcəyini bildirib:

"Mənim fikrimcə, siyasi meydanda mövcud olan coşqunluq uzun müddət saxlanmayacaq. Yaxın vaxtlarda müxalifət meydanında üç istiqamətə yönələn siyasi güclər formalaşdırılacaq. Bunlardan birincisi, açıq-aşkar Rusiyaya meyillənəcək. İkincisi isə, xarici siyasətdə Avropa və Rusiya seçimini inkar edəcək. Mən ümid edirəm ki, üçüncüsü, Avropaya tərəf istiqamətlənmiş və xalqdan ilham alan qüvvələr olacaq".

Politoloqun sözlərinə görə, Ermənistanda seçki institutu mövcud deyil:

"Anlamaq lazımdır ki, biz hazırda kolbada yerləşmirik. Müxalifət və ola bilsin ki, hakimiyyət də özlərini dünyadan ayıran kolbada hesab edirlər. Biz indi sürətlə dəyişən dünyada yerləşirik və bizi ilk növbədə xarici, sonra isə daxili çağırışlar gözləyir".

Robert Köçəryanın siyasi gələcəyini şərh edən Şahnazaryan eks prezidentin "Çiçəklənən Ermənistan" partiyasını 2007-ci il seçkilərində qalib gəlmək üçün yaratdığını bildirib:

"Əlbəttə, bu gün təbliğat vasitələrinin mövcud olmadığı görünə bilər. Xalqı talayıb, 4 milyardlıq sərvətə malik olan insanı necə tam şəkildə sıxışdırıb aradan çıxarmaq olar? O, siyasətə geri qayıtmaqdan ötrü çalışır. Köçəryan təcrid edilmiş vəziyyətdə deyil və onun geriyə dönüşü təhlükəsi hər zaman mövcuddur".

Tarix
2015.03.13 / 13:03
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

Ərdoğan türk dövlətlərini təbrik etdi

YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla