Yuxarı

Türkiyə Səudiyyə ilə birlikdə Suriyaya qoşun yeridir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə Səudiyyə ilə birlikdə Suriyaya qoşun yeridir

Türkiyə Prezidenti Ərdoğanın Ər-Riyad səfərindən sonra ərəb mətbuatında Səudiyyə Ərəbistanı və Türkiyə arasında yeni ittifaqın qurulacağı ilə bağlı yazılar gedir.

Avropa.info xəbər verir ki, "Xaliç" internet saytı yeni sensasion iddia ilə çıxış edib.

Saytın iddiasına görə, Səudiyyə Ərəbistanı və Türkiyə yaz aylarında Suriyaya birgə hərbi müdaxilə etmə nöqtəsində razılaşıblar.

Məlumata görə, Ərdoğan və Kral Salman Suriya məsələsində əməkdaşlıq yönündə razılaşma əldə ediblər.

Qeyd edək ki, Ərdoğanın Ər-Riyad səfərindən sonra Suriya məsələsində razılıq əldə olunduğu barədə mətbuata açıqlama verilmiş, ancaq hər hansı bir detal açıqlanmamışdı.

Saytın iddiasına görə, Səudiyyə Ərəbistanı təhlükəsizlik mənbələrinə yaxın vəzifəli şəxs bu iddianı təsdiqləyib. Eyni zamanda, Türkiyədə də baş nazirə yaxın bir qaynaq hərbi əməliyyatın Əsəd rejiminə qarşı yönələcəyini bildirib. Bundan başqa, hər iki dövlət İran əsgərlərinin Suriya ərazisinə yeridilməsindən də narahatdırlar.

Saytın yazdığına görə, hərbi əməliyyatların başlaması üçün sadəcə Türkiyədə keçiriləcək seçkilər gözlənilir. Seçkilərdən sonra yaz aylarında hərbi əməliyyatlara start veriləcək.

Tarix
2015.03.13 / 12:55
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla