Yuxarı

Nikolun bağ evində dava: müavini Çoçoxa stəkan atdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyanın yanında Baş nazirin müavini Tiqran Avinyan ilə Dərman və Tibb Texnologiyaları Ekspertizası Mərkəzi QSC-nin direktoru, daha çox “Navak Çoçox” ləqəbi ilə tanınan və sosial şəbəkələrin erməni seqmentində aktiv olan Vilen Qabrielyan arasında insident baş verib.

Axar.az xəbər verir ki, tərəflər spirtli içki qəbul etdiyi zaman mübahisə etməyə başlayıblar. Vəziyyət o yerə çatıb ki, Baş nazirin müavini Çoçoxa tərəf stəkan da atıb.

Erməni mətbuatının məlumatına görə, bütün bunlar Nikol Paşinyanın gözü qarşısında baş verib. Baş nazir insidentə son vermək üçün mühafizəçilərdən kömək istəməyə məcbur olub.

Hadisədən dərhal sonra Tiqran Avinyan qəzəbli şəkildə hökumət daçasını tərk edib və artıq bu vəziyyətə dözmək niyyətində olmadığını açıqlayıb.

“Politik.am” saytı bu qarşıdurmanın baş verdiyini, lakin hökumətin insidenti təkzib edəcəyinə şübhə etmədiklərini qeyd edib.

Tarix
2020.04.30 / 00:11
Müəllif
Rəfiqə Məmmədzadə
Şərhlər
Digər xəbərlər

Əliyevin Ştaynmayerlə təkbətək görüşü başladı

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla