Yuxarı

Dünyada ən çox qazanan beş milyarder - Adlar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünyada ən çox qazanan beş milyarder - Adlar

"Axar.az" Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən bildirir ki, 2013-cü ildə on aktiv qazanan milyarderdən 5-i proqram təminatı, internet texnologiyaları və informasiya texnologiyaları (İT) bazarının digər seqmentlərində var-dövlətini artırıb. Bu barədə "Wealth-X" şirkətinin apardığı araşdırmada deyilir.

Milyarderlər onluğunda var-dövlətini daha da artıranlar arasında lider olan şəxs gündə orta hesabla 37 milyon dollar qazanaraq il ərzində var-dövlətini 59,1 milyard dollara çatdıran iş adamı Uorren Baffet olub. Lakin "Microsoft" korporasiyasının təsisçisi və Direktorlar Şurasının üzvü Bill Qeyts dekabrda aktivlərin ümumi həcminə görə onu 72,6 milyard dollar üstələyib. Belə ki, B.Qeyts il ərzində 11,5 milyard dollar qazanıb.

Siyahıda milyarderlər onluğunda B.Qeyts ilə yanaşı, "Amazon" şirkətinin rəhbəri Ceff Bezos (+11,3 milyard dollar), "Facebook" sosial şəbəkəsinin baş direktoru Mark Zukerberq (+10,5 milyard dollar), "Google" şirkətinin təsisçiləri Sergey Brin və Larri Peyc (hərəsi 9,3 milyard dollar) yer alıb. Reytinqdə "Apple" şirkəti daxil olmaqla texnoloji şirkətlərə investisiyalar yatırmaqla gəlir əldə edən Karl İkanın (+7,2 milyard dollar) və Yaponiyanın "Softbank" mobil rabitə operatorunun yaradıcısı Masayoşi Sanın (+10,3 milyard dollar) da adlarını çəkmək olar. - ("Digit")

Tarix
2013.12.20 / 12:04
Müəllif
Natiq Azəri
Digər xəbərlər

Azovda həlak olan azərbaycanlıların yaxınları danışdı - Video

Naxçıvanda 2800 illik sirr üzə çıxdı - Alim açıqladı

Gəmidən sağ çıxan azərbaycanlı: Xilas edə bilmədik - Video

Trampın İranla bağlı qərarı düzgündür - Putin

"Azərsun Holdinq" ətraf mühit tədbirini dəstəklədi

Paşinyan 3 “Ermənistan”a qarşı: nələr gözlənilir?

Prezident onları işdən çıxartdı

Dron hücumunda yaralanan azərbaycanlı danışdı - Video

Milli Məclisdən CNN-ə: Sübut təqdim et!

Davkovadan Əliyevə: Qəti şəkildə inanıram...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla