Yuxarı

Rumıniya mediası Paşinyanın faşist babasından yazdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rumıniyanın nüfuzlu “AmosNyus” xəbər agentliyi Rusiyanın Lenta.ru, Qazeta.ru və digər nüfuzlu nəşrlərinə istinad edərək, Nikol Paşınyanın babasının faşistlərlə əməkdaşlığı barədə rumın dilində məqalə yayıb.

Axar.az xəbər verir ki, məqalədə Ermənistanın baş naziri Nikol Paşinyanın babasının Böyük Vətən müharibəsi illərində faşistlərlə ehtimal olunan əməkdaşlığı səbəbindən baş verən qalmaqalın Rusiya mediasında və beynəlxalq KİV-lərdə müzakirəsinin davam etdiyi bildirilir. Böyük Vətən müharibəsində həlak olanlar barədə məlumatların toplanılması məqsədilə Rusiya Müdafiə Nazirliyinin təşəbbüsü ilə yaradılan “Memorial” ümumiləşdirilmiş məlumat bankının informasiyasına görə, Nikolay Paşinyan həqiqətən alman vermaxtının erməni legionunda xidmət edən sıravi əsgər kimi Qızıl Orduya qarşı vuruşub və 1943-cü ildə öldürülüb.

Qeyd olunur ki, Paşinyanın babası ilə bağlı əhvalat erməni hakimiyyətinin digər hərəkətləri ilə də mənfi çalarlar kəsb edir. Bunların ən parlaq nümunələrindən biri - Üçüncü Reyxlə əməkdaşlığı sübuta yetirilmiş Qaregin Njdenin abidəsi ilə bağlı insidentdir. 1940-cı ildən başlayaraq o, erməni batalyonlarının yaradılmasında vermaxta kömək edib, daha sonra Berlində yaranmış erməni milli şurasına daxil olub. Nəticədə o, həbs edilib və ömrünü Vladimir həbsxanasında başa vurub.

Tarix
2020.05.26 / 21:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla