Yuxarı

İrəvanda aksiya davam edir: Çarukyan 6 saatdır...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çiçəklənən Ermənistan Partiyasının lideri Qagik Çarukyan artıq 6 saatdır ki, Milli Təhlükəsizlik Xidmətinin binasında saxlanılır.

Axar.az xəbər verir ki, Çarukyanın tərəfdarları isə polisin çağırışlarına baxmayaraq, ərazidən uzaqlaşmır.

MTX-in binasında hər keçən dəqiqə vəziyyət daha da gərginləşir. Çarukyanın hansı statusla saxlanıldığı məlum deyil. Bəzi erməni media orqanları isə Çarukyanın artıq siyasi qərarla həbs edildiyini yazsa da, hələlik rəsmi informasiya yoxdur.

Qeyd edək ki, Çiçəklənən Ermənistan Partiyasının ofislərində MTX tərəfindən bu gün yoxlamalar başlayıb. Buna cavab olaraq çoxlu sayda insan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin binası qarşısında etiraz aksiyası keçirib.

Aksiyaya polis müdaxiləsi nəticəsində Çiçəklənən Ermənistan Partiyasının deputatları da daxil olmaqla, çoxsaylı etirazçı xəsarət alıb.

Müxalifət bu yoxlamaları Baş nazir Nikol Paşinyanın siyasi partiyalara qarşı növbəti aqressiyası və təzyiqi, eyni zamanda, diktatura qurması kimi dəyərləndirir.

Tarix
2020.06.14 / 21:27
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla