Yuxarı

Dağıstandakı olaya Kremldən reaksiya: Ümid edirik...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:21

Rusiya və Azərbaycan Dağıstanda Azərbaycan vətəndaşları ilə yaranmış vəziyyəti nizamlamaqdan ötrü əlaqələri davam etdirirlər. Kreml ümid edir ki, bu problem nizamlanacaq.

Axar.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Əlaqələr qurulur, davam edir və biz ümid edirik ki, yekunda bu problemi çözməyə imkan verəcək həll yolu tapılacaq”, - deyə vurğulayan D.Peskov dəqiqləşdirib ki, Rusiya və Azərbaycan prezidentləri - Vladimir Putin və İlham Əliyev bu problem üzrə əlaqə saxlamayıblar.

Kremlin nümayəndəsi xatırladıb ki, Dağıstanın hakimiyyət orqanları o vaxt sərhədlərin bağlı olması səbəbindən Vətənə qayıda bilməyən Azərbaycan vətəndaşları üçün çox operativ surətdə çadır düşərgəsi salıblar. Rusiya və Azərbaycan tərəfləri diplomatik kanallar, sərhədçilərin kanalları ilə əlaqədə olub, vəziyyəti uzlaşdırıblar. Dağıstanın rəhbəri Vladimir Vasilyev vəziyyət barədə Prezident Vladimir Putinə məruzə edib.

D.Peskov vurğulayıb ki, vəziyyət koronavirusla əlaqədar hər kəsin düşdüyü situasiya ilə bağlıdır:

“Mən Azərbaycan tərəfinin hərəkətini şərh etmək istəmirəm. Biz hazırda oradakı çətinliklərə anlaşıqlı yanaşırıq. Orada daha sərt özünütəcrid rejimi davam edir”.

Tarix
2020.06.17 / 21:33
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

Son vaxtlar Almaniyaya səfərlərim... - Prezident

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts medianın suallarını cavablandırır - Canlı

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla