Yuxarı

Yəməndəki vətəndaşlarımızın taleyi necə olacaq?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yəməndəki vətəndaşlarımızın taleyi necə olacaq?

Hazırda Yəməndə 20-yə yaxın Azərbaycan vətəndaşı yaşayır, onlardan 3 nəfəri konsulluq qeydiyyatındadır.

Bu barədə Report-a Azərbaycanın Səudiyyə Ərəbistanında və eyni zamanda Yəməndəki səfirliyinin ikinci katibi Emil Qasımzadə bildirib.

Diplomat vurğulayıb ki, konsulluq qeydiyyatında olan Azərbaycan vətəndaşları Ədəndə yaşayır. Səfirlik onlarla bir müddət əvvəl telefon əlaqəsi saxlayıb, lakin həmin vətəndaşlar ölkəni tərk etməkdən imtina edib: "O zaman vəziyyət indiki kimi gərgin deyildi. Lakin Yəməndə vəziyyət pisləşdikdən sonra biz Türkiyənin Səudiyyə Ərəbistanındakı səfirliyi ilə vətəndaşların təxliyə edilməsi ilə bağlı əlaqə saxladıq. Lakin onlar bildirdilər ki, Sanadakı səfirliyi bağlayırlar və Turkish Airlines şirkəti bu ölkəyə uçuşları dayandırır. Bundan sonra biz Rusiya səfirliyi ilə əlaqə saxladıq". Diplomat qeyd edib ki, Rusiya tərəfi lazım gəldiyi halda vətəndaşlarımızın təxliyə olunmasında kömək etməyə hazır olduğunu bildirib.

E.Qasımzasdə həmçinin bildirib ki, Azərbaycanın Ər-Riyaddakı səfirliyində qaynar xətt fəaliyyət göstərir, Yəməndə yaşayan Azərbaycan vətəndaşları problem yarandıqda həmin qaynar xəttə müraciət edə bilərlər.
Qeyd edək ki, Pakistan, Hindistan və Çin Yəməndə yaşayan vətəndaşlarını təxliyə etmək haqqında qərar qəbul edib. Bir müddət əvvəl Sanadan BMT missiyasının əməkdaşları təxliyə olunub.

Martın 19-da Səudiyyə Ərəbistanı və Fars körfəzinin digər ölkələrinin də iştirak etdiyi beynəlxalq koalisiya Yəmən prezidenti Əbd Rəbbu Mənsur Hadinin xahişi ilə ölkənin əsasən qərb və şimal bölgələrinə nəzarət edən üsyançı husitlərə qarşı "Sabitlik fırtınası" adlı hərbi əməliyyatlara başlayıb. Səudiyyə Ərəbistanı HHQ və onun müttəfiqləri Sanadakı hərbi bazalara zərbələr endirməyə davam edirlər. Yəmən Xarici İşlər Nazirliyinin məlumatına görə, bu hücumlar nəticəsində 13 hərbçi və dinc sakin həlak olub, 70-dən artıq insan yaralanıb.

Tarix
2015.03.30 / 14:49
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanla münasibətləri də müzakirə etdik - Meloni

Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçiriləcək

Azərbaycan İtaliyaya neçə milyard dollar sərmayə qoyub?

Əliyevlə İran böhranını müzakirə etdik - Meloni

Bu ölkə ilə hərbi əməkdaşlıq ümidvericidir - Prezident

Hərbi prokuror Müdafiə Nazirliyində tədbir keçirdi

Meloninin Bakı səfəri başa çatdı

Əliyev və Meloni mətbuata bəyanatla çıxış etdilər

İlham Əliyev Meloni ilə geniş tərkibdə görüşdü

Starmer İrəvanda Azərbaycana qarşı bu sualı rədd etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla