Yuxarı

BMT TŞ-nin 3 dövləti Haftara dəstək verib - Sirr açıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
BMT TŞ-nin 3 dövləti Haftara dəstək verib - Sirr açıldı

Liviyada Xəlifə Haftarın Tripoliyə hücumuna əsas dəstək verən Rusiya, ABŞ və Fransa idi.

Axar.az xəbər verir ki, bunu BMT-nin Liviya üzrə keçmiş təmsilçisi Qassan Salame deyib.

O bildirib ki, o zaman bütün dünya BMT Baş katibi Antonio Quterreşdən şübhələnirdi:

“Ancaq Haftara əsas dəstək verənlər BMT Təhlükəsizlik Şurasının üzvləri – Rusiya, ABŞ və Fransa olub. Bu ölkələrin liderlərinin vicdanı yoxdur. Bunlar Liviya xalqının gələcəyi ilə oynadılar. Haftarı dəstəkləyən ölkələrin ikiüzlülüyünə görə Liviyada 14 ay qan axdı”.

Q.Salame vurğulayıb ki, İngiltərə BMT Təhlükəsizlik Şurasına “Haftarın hücumlarını qınamaq və atəşkəs əldə etmək üçün” qətnamə layihəsini təqdim edib:

“Rusiya qətnaməyə qarşı çıxdı. Tarixdə çox nadir bir şəkildə ABŞ və Fransa rusları dəstəklədi”.

Xatırladaq ki, 2019-cu il aprelin 4-də Haftar Tripoliyə hücum əmrini verəndə A.Quterreş şəhərdə olub. BMT Baş katibi səfəri yarıda kəsmək əvəzinə bir gün sonra Benqaziyə gedərək Haftarla görüşüb. Bu da dünya ictimaiyyətində “BMT Haftarı dəstəkləyir” fikrini formalaşdırıb.

Tarix
2020.07.07 / 18:05
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla