Yuxarı

Bu ölkədə polisə Feysbukdan istifadə qadağan edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ölkədə polisə Feysbukdan istifadə qadağan edildi

Hindistan Daxili İşlər Nazirliyi qurumun bütün strukturlarına, o cümlədən polislərə Feysbuk sosial şəbəkəsindən istifadəni qadağan edib.

Axar.az xəbər verir ki, bu barədə Hindistan Daxili İşlər Nazirliyinin direktivində deyilir.

“Qadağa nazirliyin bütün strukturlarına aiddir, çünki onlar adətən silahlı qüvvələrimizlə sıx əlaqədə olurlar. Hindistan özü Feysbuk və ya İnstaqram kimi sosial şəbəkələrə malik olmalıdır ki, onlara heç bir xarici ölkə daxil ola bilməsin”, - deyə qurumun direktivində bildirilir.

Hindistan Silahlı Qüvvələrinin komandanlığı iyulun 15-dən etibarən rütbəsindən asılı olmayaraq bütün hərbçilərə Feysbuk səhifələrini pozmağı və bu sosial şəbəkədən istifadə etməməyi əmr edib. Əmrə tabe olmayan əsgər və zabitlərin ciddi cəzalandırılacağı bildirilir.

Hindistanlı mütəxəssislər artıq sosial şəbəkələrin yerli analoqunun hazırlanması üçün çalışmalara başlayıb. Hələ ki, hərbçilərə “Facebook”, “Instagram” və Tvitter sosial şəbəkələrindən, həmçinin daha 88 proqramdan istifadə etmək qadağan olunub.

Tarix
2020.07.16 / 20:12
Müəllif
Axar.az
Digər xəbərlər

Səbinə Əliyeva yenidən Ombudsman seçildi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla