Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Yanvar 2019


"Məqsədi və hədəfi çox fərqli olan böyük bir tələ ilə üz-üzəyik"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Məqsədi və hədəfi çox fərqli olan böyük bir tələ ilə üz-üzəyik".

Bunu Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan korrupsiya qalmaqalı ilə bağlı açıqlamasında deyib:

"Nə mənim, nə övladımın, nə də onun qədər dəyərli həmkarlarımın səhv addım atması doğru deyil. Qarşıdakı günlərdə hər şey aydın olacaq".

Nazir bütün bu hadisələrdən üzüağ çıxacaqlarını bildirib.

Xatırladaq ki, İstanbul və Ankarada keçirilmiş xüsusi əməliyyat nəticəsində 52 nəfər saxlanılmışdı. Saxlanılanlar arasında Türkiyənin hakim partiyasının üzvü olan bəzi nazirlərin övladları - iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan, daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdarın oğlu Oğuz Bayraqdar, həmçinin tanınmış iş adamlarından olan İstanbulun Fatih bələdiyyəsinin başçısı Mustafa Dəmir, Türkiyənin "Xalq Bank"ının baş direktoru Süleyman Aslan da olub. Bununla yanaşı, korrupsiya qalmaqalını araşdıran yüksək vəzifəli polis məmurları işdən azad edilib.

Həbslərə səbəb həmin şəxslərin korrupsiya, qaçaqmalçılıq və narkotik maddələrin satışında ittiham edilmələri olub. Həmçinin korrupsiya qalmaqalında iqtisadiyyat naziri Zəfər Çağlayan, Avropa İttifaqı işləri üzrə nazir Egemen Bağış, daxili işlər naziri Müəmmər Gülər və şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdarın adı hallanır.

Qeyd edək ki, bu gün Türkiyədə korrupsiya qalmaqalında adı hallanan Fatih bələdiyyəsinin sədri Mustafa Dəmir həbsdən azad edilib. Həmçinin məhkəmənin qərarı ilə daxili işlər nazirinin oğlu Barış Gülər və iş adamı Rza Zərrab barəsində həbs qətimkan tədbiri seçilib. Məhkəmənin qərarı ilə həbs olunanlar arasında iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan da var. (Trend)

Tarix
2013.12.22 / 23:55
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Rusiyadan İsrailə xəbərdarlıq: Kefinə düşəndə...

Ərdoğanla Putinin görüşü başa çatdı - Yenilənir

Yeni mərhələyə keçirik - Sisi

ABŞ-dan hesabat: Rusiya təhlükəsi artır, Çin isə...

Rusiyada ticarət mərkəzində həyəcan: 200 nəfər təxliyə edildi

Trampın əleyhinə qanun layihəsi qəbul edildi

Türk qırıcıları düşərgələri bombaladı: 21 terrorçu öldü

"Ərdoğanla Putinin görüşü gecə saatlarına qədər uzana bilər"

Fikir ayrılığı Trampa baha başa gəldi

Putinlə qarşımıza çox böyük hədəf qoyduq - Ərdoğan

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla