Yuxarı

Dünyada ərzaq məhsullarının qiyməti bahalaşır - BMT

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünyada ərzaq məhsullarının qiyməti bahalaşır - BMT

Dünyada ardıcıl olaraq ikinci aydır ki, ərzaq məhsullarının qiyməti qalxır. İlk növbədə, bitki yağları və süd məhsulları bahalaşır.

Axar.az xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı məlumat yayıb.

Məlumatda qeyd olunub ki, ərzaq məhsulları qiymətlərinin orta indeksi iyulda 94,2 punkt təşkil edib. Bu da iyun ayı ilə müqayisədə 1,2 faiz çoxdur.

Təşkilatın saytında dərc olunan məruzəyə əsasən, bitki yağının qiymət indeksi ötən ayla müqayisədə 7,6 faiz bahalaşaraq, son beş ayda ən yüksək göstəriciyə çatıb. “Əsas bitki yağı növlərinin qiymətinin bahalaşması istehsalat həcminin azalması üzrə proqnozlar, həmçinin beynəlxalq idxal tələbatının aktivləşməsi və işçi çatışmazlığı ilə bağlıdır”, - deyə sənəddə bildirilir.

Ötən ay süd məhsullarının indeks göstəricisində də 3,5 faizlik artım müşahidə olunub. Bahalaşma kərə yağından pendirə və quru südə qədər bütün məhsullara təsir edib.

Bununla yanaşı, dənli bitkilərin qiymət indeksləri iyun ayı ilə müqayisədə demək olar ki, dəyişməyib. İyul ayında ətin qiymət indeksində isə azalma müşahidə edilib – ötən ayla müqayisədə 1,8 faiz.

Tarix
2020.08.07 / 00:03
Müəllif
Axar.az
Digər xəbərlər

Azovda həlak olan azərbaycanlıların yaxınları danışdı - Video

Naxçıvanda 2800 illik sirr üzə çıxdı - Alim açıqladı

Gəmidən sağ çıxan azərbaycanlı: Xilas edə bilmədik - Video

Trampın İranla bağlı qərarı düzgündür - Putin

"Azərsun Holdinq" ətraf mühit tədbirini dəstəklədi

Paşinyan 3 “Ermənistan”a qarşı: nələr gözlənilir?

Prezident onları işdən çıxartdı

Dron hücumunda yaralanan azərbaycanlı danışdı - Video

Milli Məclisdən CNN-ə: Sübut təqdim et!

Davkovadan Əliyevə: Qəti şəkildə inanıram...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla