Yuxarı

Ərdoğandan göstəriş: Danışıqlar dayandırılsın! - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğandan göstəriş: Danışıqlar dayandırılsın! - Video

09:57

Şərqi Aralıq dənizi ilə bağlı razılaşmanı pozan və inamı sarsıdan Yunanıstan tərəfidir.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Qalın deyib.

“Yunanıstanla Misir arasında razılaşma əldə olunduqdan sonra cənab Ərdoğan bizə açıq şəkildə göstəriş verdi: “Danışıqları dayandırın. Almanlara və yunanlara bu barədə məlumat verin. Biz bu danışıqlara başlaya bilmirik. Yunanıstanla Misir arasında razılaşma Türkiyə üçün yox hökmündədir”. Çünki bu, yenidən Türkiyəni Şərqi Aralıq dənizi məsələsindən kənarda qoymaq və bizi Antalya körfəzinə məhkum etmək üçün atılmış addımdır. Türkiyə bunu heç vaxt qəbul etməz.

Şərqi Aralıq dənizi mövzusunda 2 məqsədimiz var. Birincisi, dəniz sərhədi ilə bağlı məsələ, ikincisi isə Kipr türklərinin haqq və maraqları. Bütün bunlara baxmayaraq, Türkiyə məsələnin dialoq yolu ilə həllinin tərəfdarıdır. Ancaq burada razılaşmanı pozan və inamı sarsıdan Yunanıstan tərəfidir”, - prezident sözçüsü bildirib.

Tarix
2020.08.10 / 13:57
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Türk gəmisi vuruldu: 22 ekipaj üzvü...

Agentlik sədri bu şöbə müdirlərini işdən çıxartdı

Azərbaycanla möhkəm münasibətlər qurmalıyıq - Zelenski

PKK Türkiyə sərhədindən çəkildi: bu ölkəyə hücuma keçir?

Zakir Həsənov hərbi attaşelərlə görüş keçirdi

Ceyhun Bayramov yeni səfirlə görüşdü

2020-ci ildən bəri 433 nəfər mina qurbanı olub

Azərbaycana düşmən olanı Bakıya kim gətirir?

Kartlarla bağlı limit: İstisna hallar olacaq - Deputat

Azərbaycan XİN Pakistana başsağlığı verdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla