Yuxarı

Rusiya Ermənistana yenə silah göndərdi – Məxfi reys

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ermənistana məxfi silah tədarükünü davam etdirir.

Axar.az xəbər verir ki, bu barədə məlumatı “Day.az” yayıb. Məlumata görə, bu gecə Rusiya Hərbi Kosmik Qüvvələrinə məxsus İl-76 TD yük təyyarəsi Ermənistana hərbi texnika daşıyıb.

Bundan öncə isə (22 və 23 avqustda) başqa bir hərbi-nəqliyyat təyyarəsi olan An-30 Mozdok aerodromundan havaya qalxaraq, İrəvanda eniş edib və daha sonra Suriyanın Latakiya şəhərinə yola düşüb.

An-30 İrəvana gəlmək üçün Qazaxıstan, Türkmənistan və İran hava məkanından istifadə edib. Məlumata görə, uçuş sərt məxfilik şəraitində keçib. İran və Qazaxıstan Rusiya təyyarəsinin uçuşuna izn verdiyi halda Türkmənistan Moskva üçün belə razılıq verməyib. Nəticədə Rusiya təyyarəsi heç bir əlaqə və koordinasiyaya girmədən məxfi uçuş həyata keçirmiş olub.

Rusiyanın İl-76 TD təyyarəsinin, həmçinin Tehran-İrəvan-Əl Küveyt-Tehran uçuşu həyata keçirdiyi də bəlli olub. Bu uçuş da həmçinin məxfi rejimdə gerçəkləşdirilib.

Ümumilikdə Rostov-Mineralnıye Vodı-Aktau-Türkmənbaşı-Novşəhr-Rəşt-Meğri-İrəvan marşrutu üzrə 17 iyuldan 6 avqusta qədər 9 aviareys gerçəkləşdirilib. Bu dövr ərzində İrəvana ümumilikdə 510 ton hərbi yük daşınıb.

Tarix
2020.08.24 / 13:15
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla