Yuxarı

Hansı daha ölümcüldür: korona, yoxsa adi qrip? - Virusoloq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hansı daha ölümcüldür: korona, yoxsa adi qrip? - Virusoloq

İstər ABŞ-da, istərsə də digər ölkələrdə aparılan araşdırmalar koronavirusun mövsümi qripdən daha yüksək ölüm nisbətinə səbəb olduğunu göstərir. Virusun mövsümi qripdən ən azı dörd dəfə daha təhlükəli olduğunu müəyyən etmişik. Hər halda, bu virus ciddi qəbul edilməli, lakin həddən artıq dramatikləşdirilməməlidir.

Axar.az xəbər verir ki, bunu almaniyalı virusoloq, Bonn Universitetinin professoru, Viroloji İnstitutunun direktoru Hendrik Ştrek deyib.

O bildirib ki, yayılan əsassız məlumatlara baxmayaraq, məhdudiyyət tədbirləri koronavirusun qarşısını almaq üçün ən effektiv variantlardan biridir:

“Karantin dövründə sosial məsafəni qorumaq, gigiyena qaydalarına əməl etmək və tibbi maska taxmağın təsirli olduğunu bilirik. Bunların sayəsində virusun daha geniş yayılmasının qarşısını ala bildik.

Məsafə qoruyaraq və qoruyucu maskalardan istifadə edərək infeksiyanın öldürmə dozasını azaltmış oluruq. Nəticədə hər hansı insan virusa yoluxsa belə, onun orqanizmindəki infeksiyanın gücü o qədər də təsirli olmayacaq”.

Hendrik Ştreka görə, koronavirusa yoluxanların artması onun mövcudluğuna inanmamaqdan irəli gəlir.

Tarix
2020.09.20 / 16:14
Müəllif
Süleyman Həmidov
Digər xəbərlər

Azərbaycan və İtaliya XİN rəhbərlərinin görüşü başladı

İrəvanın TRİPP-lə bağlı təminatları yetərli deyil

Prezident İtaliya Nazirlər Şurası sədrinin müavinini qəbul etdi

Batum sazişində Ermənistan ərazisi bu qədər idi

Paşinyan yeni Konstitusiya ilə bağlı xalqa müraciət etdi

Vyetnamla əlaqələr gələcəyə hesablanıb...

Uğurlarımızın təməlində dayanan fəlsəfə... - Prezident

Ermənistanda Konstitusiya layihəsi dərc olundu - Mühüm detal

Amerikalı nazir Zəngəzur dəhlizindən danışdı: İşə düşsə...

İtaliyanın XİN rəhbəri Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla