Yuxarı

Üç ölçü böyük şalvarda gəzirəm... - Navalnı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Üç ölçü böyük şalvarda gəzirəm... - Navalnı

Reanimasiyada keçirdiyim 24 gündə (16 gün komada idim) ilk dəfə məni güzgünün önünə apardılar. “Üzüklərin hökmdarı” filmindən bir personaj aynadan mənə baxdı. Sizi inandırım ki, o, Elf deyildi.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı müxalif bloger Aleksey Navalnı yazıb.

Bloger izləyiciləri ilə öz xəstəxana xatirələrini bölüşüb:

“Mən çox məyus idim. Xəstəxanadan heç vaxt çıxa bilməyəcəyimi düşünürdüm. Ancaq həkimlər möcüzə yaratmağa davam edirdilər. Mən fizioterapevtlə məşğul olurdum, yemək yeyirdim, daha çox yatmağa çalışırdım. Son zamanlarda mənə gündə iki dəfə 5 dəqiqə müddətinə ümumi eyvana çıxmağa icazə verildi. Eyvandan sonra daha çox məyus olurdum – gözəl hava, günəş şəfəq saçır, aşağıda park və ağaclar, mən isə palatada...

Ancaq günlər keçdi!

Xəstəxanada keçirdiyim 32 gündən sonra həkimlər daha sonrakı yaxşılaşmanın stasionar müalicə ilə deyil, normal həyata dönməklə baş verəcəyinə qərar verdilər... Gəzmək, ailəmlə vaxt keçirmək, gündəlik hərəkətlərin rutininə qərq olmaq...

İndi isə bədən ölçümdən üç ölçü böyük şalvarda parkda gəzirəm. Hər şeydən əvvəl məni ağacların, yaşıllığın olduğu yerə aparmalarını xahiş etdim.

Planlar hələ ki, stabil olaraq qalır – gündəlik reabilitasiya və fizioterapevt ziyarəti, tək ayaq üstə durmaq, barmaqlara tam nəzarəti bərpa etmək, balansı qorumaq. Gülməlidir, qayığın arxasında, dalğa boyunca lövhə sürməyi öyrənməyi xəyal edirdim və bu yay öyrəndim. İndi isə bir ayaq üstə durmağı öyrənirəm. Özümdə hər cür məzəli keyfiyyətləri aşkar etdim. Məsələn, sol əlimlə topu tuta bilərəm, amma ata bilmirəm. Beyin bu hərəkəti yerinə yetirmək istəmir. Bununla yanaşı yazını sətir üzərində yazmağı öyrənirəm. Uzun sözün qısası reabilitasiya davam edir...”

Aleksey Navalanı onun üzərində əziyyəti olan hər kəsə minnətdarlıq da edib.

Tarix
2020.09.24 / 17:58
Müəllif
Xədicə Nəbiyeva
Digər xəbərlər

Köçəryanla bağlı faktlar: Xüsusi agent olub... - Video

1998-ci ildə ATƏT Qarabağla bağlı nə qərar vermişdi? - Video

XİN rəhbəri Əlcəzair prezidenti ilə görüşdü

Azərbaycan və Fransa arasında mühüm danışıqlar...

Zəfər Günü: İlham Əliyevə təbriklər davam edir

Buğda yüklü qatar Azərbaycandan Ermənistana getdi - Foto

İlham Əliyev Özbəkistana dəvət edildi

Yunanıstan onu Azərbaycana səfir göndərir

Babayevdən gəlir vergisi barədə açıqlama: Aşağıdır...

Ermənistanda türk dilinin tədrisi... - Andreasyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla