Yuxarı

ABŞ-da etiraz dalğası böyüdü - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Baltimor şəhərində qaradərili gəncin ölməsindən sonra başlayan etiraz dalğası paytaxt Vaşinqtona və Nyu Yorka da sıçrayıb.

Axar.az xəbər verir ki, Nyu Yorkda aksiya iştirakçıları qaradərili gənclərin polis tərəfindən öldürülməsinə etiraz edərək "Hər yer Ferqusson! Hər yer Baltimor" şüarları səsləndiriblər. Polis 60-dan çox aksiya iştirakçısını saxlayıb.

Paytaxt Vaşinqtonda toplanan minə yaxın insan isə Ağ Evə qədər yürüş edib. Etirazçılar "qaraların həyatı qiymətlidir", "Baltimordan Vaşinqtonadək azad olanana qədər mübarizə aparacağıq" və "Media, qırıq şüşələrin əvəzinə, qırılmış sümüklərin arxasınca düş" şüarları səsləndiriblər.

Bu arada "Amnesti İnternəşnl" təşkilatı mitinqlərdə insan hüquqlarının pozulub-pozulmamasını yoxlamaq üçün Baltimora mütəxəssislər göndərəcək.

Qeyd edək ki, Baltimorda Fredi Qrey adlı qaradərili gənc polis tərəfindən saxlandıqdan bir həftə sonra boynu qırılmış şəkildə xəstəxanaya aparılıb və orada ölüb. Bundan sonra şəhərdə etirazlar başlayıb.

Tarix
2015.04.30 / 11:59
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla