Yuxarı

İsveçdə Fələstin bayrağı böhranı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçdə təşkil olunan bir seminarda Fələstin bayrağının terror təşkilatlarının bayraqları arasında yer alması iki ölkə arasında gərginliyə səbəb olub.

Axar.az xəbər verir ki, hadisə Erebru şəhərində terrorizmə qarşı təşkil olunan seminarda yaşanıb.

Yerli polis idarəsinin rəisi Con Hisinq mediaya verdiyi açıqlamasında bayrağın terror təşkilatları ilə eyni sırada göstərilməsinin təsadüfi olmadığını deyib:

"Fələstin bayrağındakı simvol Əbu Nidal təşkilatı tərəfindən də istifadə edilir".

Sənədlərdə səhv olmadığını, məlumatların Amerika Milli Terrorla Mübarizə Mərkəzi (NCTC) tərəfindən verildiyini deyən Hisinq simvolların terror təşkilatları tərəfindən tez-tez istifadə edildiyini, İŞİD-in bayrağında da Hz. Məhəmmədin möhürünün olduğunu bildirib. O, bayrağın siyahıdan çıxarılmayacağını, ancaq altına izahlı yazı veriləcəyini deyib.

Xatırladaq ki, İsveç 2014-cü ilin sentyabr seçkilərindən sonra Fələstini dövlət kimi tanıyan ilk Avropa Birliyi ölkəsidir.

Tarix
2015.05.03 / 17:26
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla