Yuxarı

İtaliyada koalisiya hökuməti yasaq olundu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın Baş naziri Matteo Renzi və hökumətin hazırladığı "İtalisum" adı verilən qanun parlamentdə qəbul olunub.

Axar.az xəbər verir ki, həm ölkə, həm də iqtidar daxilində böyük müzakirələrə və zaman-zaman ciddi fikir ayrılığına səbəb olan qanun layihəsi 630 yerlik məclisdə 334 deputatın səsi ilə təsdiq olunub. 61 deputat qanunun əleyhinə çıxsa da, yerdə qalan bütün müxalif partiyaların nümayəndələri qanunu imzalamaqdan imtina edib.

Yeni qanun nəyi nəzərdə tutur?

Yeni qanun son 20 ildə əksər vaxtlarda geniş koalisiya və ittifaq hökumətləri ilə idarə olunan İtaliyada koalisiya hökumətinin fəaliyyətini qadağan edir. Buna səbəb kimi isə koalisiya hökumətlərinin qanunvericilik və icra proseslərinə təsir etdiyi, iqtisadi çətinliklərdən qurtula bilməyən Romanın gələcək inkişafına mane olduğu əsas gətirilib.

Mütləq iqtidarın rəsmiləşdiyi İtaliyada hakimiyyətə gəlmək istəyən partiya bundan sonra ən az 40 faiz səs toplamalıdır.

Yeni qanun 1 iyul 2016-cı ildən etibarən qüvvəyə minəcək.

Tarix
2015.05.05 / 12:38
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla