Yuxarı

Saakaşvili: “İlk dəfə Cənubi Qafqazda...”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"11 il əvvəl Gürcüstan dövləti Acariya üzərində nəzarəti bərpa etdi".

Axar.az xəbər verir ki, bu açıqlama ilə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili öz Feysbuk səhifəsində çıxış edib. Onun sözlərinə görə, Gürcüstan Acariya üzərində nəzarəti bərpa etməklə möhtəşəm tarix yazmış oldu:

"Yerli feodal Abaşidzeni general Netkaçevin başçılığı altında olan şəxsi ordu qoruyurdu. Bu altı minlik ordu 2004-cü ildə silahlarını Gürcüstan ordusuna tərəf istiqamətləndirdi. Acariya Gürcüstandan gömrük postları vasitəsilə ayrıldı. Buradakı insanlar təhqir olunaraq, yoxlamalara məruz qaldılar. Abaşidze Tiflisə gəlməkdən imtina etdi, amma əvəzində hər ay Moskvaya tapşırıqlar almaq üçün uçurdu. Acariya konstitusiyası Gürcüstan konstitusiyası ilə səsləşmirdi. Bütün bunların hamısına 2004-cü ilin 6 mayında son qoyuldu və indiyə qədər Gürcüstan regionlarından heç birinin çatmadığı oyanış başladı. Bizim sevimli Batumi unudulmuş şəhərdən dünya brendinə çevrildi. Acariyanın geri qaytarılması 1991-ci ildən bu yana postsovet məkanında yeganə hadisə idi. İlk dəfə Moskvanın aldığı torpaqlar onların əlindən çıxmışdı. Bir şeyi dəqiq bilirəm ki, bu böyük qələbə olmasaydı, müasir Gürcüstan dövlətçiliyi mövcud olmazdı".

Tarix
2015.05.07 / 08:40
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Ermənistan ordusu iyuna qədər... – Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla