Yuxarı

Rusiya təhlükəsizlik strategiyasını niyə dəyişir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ABŞ və NATO-nun daha təcavüzkar siyasət yürütdüyünü, yeni təhdidlərə görə Rusiyanın milli təhlükəsizlik strategiyasının dəyişdiriləcəyini açıqlayıb.

Axar.az xəbər verir ki, Patruşevin "Krasnaya Zvezda" qəzetində yayımlanan məqaləsində milli təhlükəsizliklə bağlı təməl prinsiplərin yeni təhlükələr ucbatından dəyişdiyini, strateji planlaşdırmanın 2020-ci ilə qədər təkmilləşdiriləcəyini vurğulayıb.

Ərəb baharı, Suriya böhranı, İraqda baş verən hadisələr və Ukrayna probleminin yeni təhlükələr meydana gətirəcəyini deyən Patruşev qlobal proseslərin çox böyük surətlə gərginliyə doğru getdiyini deyib:

"ABŞ və NATO-nun Rusiyaya qarşı təcavüzkar siyasəti getdikcə artır. Hava Hücumundan Müdafiə Sistemlərinin qurulması sürətlənir. Hərbi təhdid və təhlükələr artıq informasiya sahəsinə də sirayət edib. Dünyada lider ölkələr öz mənafelərinə görə, ölkələrdə qarşıdurmalar, xalq qiyamları və inqilablar yaradır".

Rusiyanın hərbi doktrinasını 2014-cü ilin sonunda yeniləndiyini xatırladan Patruşev çoxqütblü dünya sisteminin yarandığını, ABŞ və müttəfiqlərinin öz üstünlüklərini qorumaq üçün atdığı addımların beynəlxalq aləmdə qeyri-tarazlığa səbəb olduğunu bildirib.

Tarix
2015.05.07 / 10:58
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Ermənistan ordusu iyuna qədər... – Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla