Yuxarı

Qonşumuzda ikinci tur başa çatdı: Qalib açıqlandı...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qonşumuzda ikinci tur başa çatdı: Qalib açıqlandı...

2020.11.21 - 20:41

Gürcüstanda keçirilən parlament seçkilərinin ikinci turu başa çatıb.

Axar.az xəbər verir ki, 17 majoritar dairə üzrə keçirilən II tur üzrə paytaxt Tiflis və bölgələrdə 1 923 seçki məntəqəsi saat 20:00-da bağlanıb.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səsvermə prosesi seçici passivliyi fonunda keçib.

MSK-nın son məlumatına əsasən, saat 17:00-a seçici fəallığı 21 faiz olub.

Bununla belə ikinci mərhələ seçici fəallığı üzrə istənilən nəticə ilə baş tutmuş hesab olunacaq. Hər dairədə iki namizəd mübarizə aparıb və onların hansı daha çox səs toplasa, o da deputat mandatı qazanacaq.

Qeyd edək ki, seçkilərin birinci mərhələsi oktyabrın 31-də keçirilib.

***

İlkin nəticələrə görə, parlament seçkilərinin ikinci turunda Gürcü Arzusu Partiyası 100 faizlik nəticə göstərib.

Bu barədə partiyanın icraçı katibi İrakli Kobaxidze brifinqdə bildirib.

O qeyd edib ki, 17 majoritar dairə üzrə keçirilən seçkilərdə partiyanın 17 namizədinin hamısı qalib gəlib.

Seçici aktivliyinin ək yüksək olduğu bölgə Acarıstan (39.29), ən aşağı isə Nadzaladevi (Tiflis) olub.

Tarix
2020.11.22 / 00:22
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Azərbaycanı onlardan minlərlə kilometr məsafə ayırsa da...

Prezident onlara müraciət ünvanladı

Bayramov ABŞ rəsmisi ilə görüşdü

"Palmali"dən vurulan gəmi ilə bağlı açıqlama

Qardaşlığımıza zərbə cəhdinin arxasındakı ölkələr...

Azərbaycanlının ekstradisiyasına imkan verməməliyik

Bakı bunu bilən kimi dərhal İrəvana məlumat verib

Ermənistan əsgərimizi geri qaytaracaq? - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla