Yuxarı

Dövlət orqanları Paşinyana tabe olmur - Vanetsyan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dövlət orqanları Paşinyana tabe olmur - Vanetsyan

Nikol Paşinyanın başqa çıxış yoxdur, o, mütləq istefaya getməyə məcburdur.

Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş direktoru, Vətən Partiyasının sədri Artur Vanetsyan deyib.

Onun sözlərinə görə, əgər Nikol Paşinyan 8 dekabr saat 12:00-yə qədər istefaya getməsə, xalq öz tələbini itaətsizlik aksiyaları ilə təqdim edəcək.

"Paşinyanı mümkün qədər tez kənarlaşdırmaq üçün qanunla nəzərdə tutulmuş bütün addımların atılmasına təşəbbüs göstərəcəyik", - Vanetsyan bildirib.

İtaətsizlik olacağı təqdirdə hüquq-mühafizə orqanlarının həbsləri həyata keçirməyə başlayacağı ilə bağlı təhlükənin olub-olmayacağı barədə suala cavabında Artur Vanetsyan bildirib ki, Ermənistan Respublikasında yalnız hüquq-mühafizə sistemi deyil, həm də dövlət strukturları daha Nikol Paşinyana tabe olmur.

"Polis öz işini yerinə yetirir, Nikol Paşinyanın yox, bizim hamımızın təhlükəsizliyini təmin edir", - deyə o əlavə edib.

Tarix
2020.12.06 / 00:27
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla