Yuxarı

Türkiyə və İsrailin “barışacağı” tarix açıqlandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın vaxtlarda dünyanın siyasi strukturu Türkiyənin lehinə dəyişəcək. ABŞ, Avropanın və regionun aparıcı ölkələri Türkiyə ilə əməkdaşlığı dərinləşdirməyə məcbur olacaqlar. Yeni geosiyasi reallıqlar bunu tələb edir.

Axar.az xəbər verir ki, bunu Türkiyənin tanınmış hərbi eksperti Mete Yarar CNN Türk telekanalının efirində deyib.

“2017-ci ildə Fələstinə humanitar yardım aparan Türkiyənin “Mavi Mərmərə” gəmisinin israillilər tərəfindən hücuma məruz qalması nəticəsində doqquz Türkiyə vətəndaşı həlak oldu və Ankara İsraildəki səfirini geri çağırdı. Yaxın zamanlarda vəziyyət qaydasına düşəcək. Türkiyə ilə İsrail arasındakı diplomatik münasibətlərin bərpasına dair danışıqlar gedir. Həmin münasibətlərin tam bərpa olunması müddəti belə açıqlanıb - mart ayı.

Görünən odur ki, Türkiyənin Yunanıstan, eləcə də Fransa ilə münasibətləri normallaşır. Məsələn, Fransa Prezidenti Emmanuel Makron Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla münasibətlərini yaxşılaşdırmaq üçün məktub göndərib.

ABŞ-la da danışıqlar davam edir. Ərdoğan Donald Tramp administrasiyasının Ankaranı F-35 qırıcı təyyarələrinin tədarükü proqramından çıxarması qərarını “səhv” adlandırıb. Türkiyə lideri bildirib ki, o, Baydenlə bu məsələdə kompromis tapa biləcəyinə inanır. Bu o deməkdir ki, yaxın zamanda vəziyyət dəyişə bilər. Bununla yanaşı, ABŞ üçün Yaxın Şərq və Qafqaz siyasəti Türkiyəsiz mümkün görünmür”, - o bildirib.

Tarix
2021.01.18 / 13:23
Müəllif
Fatimə Zülfüqar
Şərhlər
Digər xəbərlər

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başladı

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla