Yuxarı

Putin getsin, Xodorkovski gəlsin

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin getsin, Xodorkovski gəlsin

Rusiya prezidenti Vladimir Putin əleyhdarı olan Moskvadakı kilsədə etdikləri etiraz aksiyasına görə "dinə nifrətdən qaynaqlanan xuliqanlıq"da günahlandırılaraq 2012-ci ildə 2 il həbs cəzasına məhkum edilən və bazar günü azad edilən "punk" qrupu "Pussy Riot" (Pisi Riot) yenə "baş düşmənə" qarşı çıxıb.

"Axar.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskvaya qayıdandan sonra ilk dəfə mətbuat konfransı keçirən Maria Alyoxina və Nadejda Tolokonnikova Putini devirmək istədiklərini söyləyib. Tolokonnikova əfv edilmələrinin insani jest deyil, Soçi Qış Olimpiadası öncəsi Putinin öz imicini yaxşılaşdırmaq üçün olduğunu iddia edərək deyib ki, oyunlar Putinin öz mənfəəti üçün hazırladığı bir proyektdir: "Bu proyektin məhv olmasını istəmir. Bizi humanizmdən deyil, Rus və Qərb cəmiyyətinin təzyiqlərinə görə buraxdılar. Xoşunuza gəlsin, ya gəlməsin, oyunlara qoşulanlar ölkədəki siyasi vəziyyəti dəstəkləyəndir. Oyunlar bitdikdən sonra təzyiq daha da arta bilər".

Putin haqqında danışarkən "şəffaflıqdan uzaq, çekist" ifadələrindən istifadə edən Tolokonnikova Putinin yerində əfv fərmanı ilə azad olunan köhnə oliqarx Mixail Xodorovskini görmək istədiyini bildirib. Alyoxina isə belə deyib:

"Tək bir adam hər şeyə təkbaşına nəzarət etməyə çalışırsa, gec, ya da tez nəzarəti itirəcək".

"Pussy Riot" (Pisi Riot) üzvləri həbsxana şəraitini yaxşılaşdırmaq üçün insan haqları təşkilatı quracaqlarını bildiriblər.

Tarix
2013.12.28 / 10:21
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

FHN yanında İctimai şuranın üzvləri bir araya gəldi

Ermənistanla sərhəddə mina partlayışı: XİN-dən reaksiya

Mirzoyan Rubionun müavini ilə görüşdü

ANAMA əməkdaşı minaya düşdü, ayağı amputasiya edildi

ABŞ dövlət katibinin müavini Azərbaycana gəlir

Qiymət 3 dəfə qalxdı, 3 gündür verilmir - Nə qədər pul “silinir”?

Əliyevadan Milli Dirçəliş Günü ilə bağlı paylaşım - Foto

44 günlük müharibəyə bənzəyir: hücumla üz-üzəyik - Beqoyan

İlham Əliyev Milli Dirçəliş Günü ilə bağlı paylaşım etdi

Prezidenti bu mərkəzdə Mirziyayev qarşıladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla