Yuxarı

Sərkisyanla Qasparyanın sensasion telefon danışığı...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Milli Təhlükəsizlik Xidməti ordunun Baş Qərərgah rəisi Onik Qasparyanla keçmiş prezident Serj Sərkisyanın telefon danışığını dinləyərək, lentə alıb.

Axar.az Avropa.info-a istinadən xəbər verir ki, bu iddia ilə Ermənistanın Vatikandakı keçmiş səfiri, Serj Sərkisyanın kürəkəni Mikayıl Minasyan çıxış edib. Minasyan sosial media hesabında yazdığı statusunda telefon danışığının bir neçə ay öncəyə aid olduğunu bildirib.

"Paşinyan mitinqdə Serj Sərkisyan və Onik Qasparyanın telefon danışığı haqda bir anons verdi. Bir neçə ay öncə Ermənistan MTX Sərkisyanla Qasparyanın telefon danışığını izləyərək lentə alıb. MTX rəhbəri Abazyan Nikol və Annanın şəxsi xidmətində olduğundan, dərhal bu səs yazısını onlara ötürüb və bu, tezliklə ictimaiyyətə açıqlanacaq. Bu telefon danışığında nələrin müzakirə olunduğu haqda xəbərim yoxdur, amma MTX mənbələri danışığın son hadisələrlə heç bir əlaqəsi olmadığını bildirirlər", - deyə Sərkisyanın kürəkəni qeyd edib.

Qayınatasının müdafiəsinə qalxan Minasyanın iddiasına görə, müharibə zamanı hərbçilər daim Serj Sərkisyanla görüşərək, onunla məsləhətləşiblər.

"Müharibə zamanı hər üç keçmiş prezidenti dəvət edib, ya telefonla danışıb onlarla məsləhətləşirdilər. Biri ilə daha çox və ya digəri ilə daha az əlaqə qururdular. Çünki zəng ediləcək başqa bir ünvan yox idi. Əminəm ki, Qasparyan dinləndiyini bilirdi və qəsdən açıq danışırdı. Nəticə etibarilə Sərkisyana dediklərini açıq məlumat hesab edirdi və ayrıca MTX-nin bu danışığı Paşinyana ötürməsini istəyirdi", - deyə Minasyan bildirib.

Xatırladaq ki, dünən keçirdiyi mitinqdə Nikol Paşinyan Baş Qərargah rəisi Onik Qasparyanın keçmiş prezident Serj Sərkisyanın təkidi ilə hökumətə qarşı çıxdığını bəyan edib.

Tarix
2021.03.02 / 14:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla