Yuxarı

İtaliyada seçkilər təxirə salındı - Səbəb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İtaliyada seçkilər təxirə salındı - Səbəb

İtaliyada koronavirus pandemiyası ilə əlaqədar bir sıra regional və bələdiyyə seçkiləri təxirə salınıb.

Axar.az xəbər verir ki, bu barədə qərarı Mario Draqinin başçılıq etdiyi yeni hökumət qəbul edib. Seçkilər üçün yeni tarixlər 15 sentyabr-15 oktyabr aralığındakı müddətə müəyyən edilməlidir.

Təxirə düşəcək seçkilər arasında ən mühümü aprelin 11-də Kalabria regionunda keçirilməli olan regional seçkilərdir. Regionun prezidenti Yole Santellinin ötən ilin oktyabrında vəfat etməsi səbəbindən regionda növbədənkənar seçkilərin keçirilməsinə ehtiyac yaranmışdı. Pandemiya ilə əlaqədar bu seçkilərin müddəti artıq bir dəfə dəyişdirilsə də, hökumət növbəti dəfə təxir barədə qərar verib. Digər seçkilərdə isə özünüidarətmə orqanları və ölkə parlamentində boşalmış deputat postlarına təkrar seçkilərin keçirilməsi nəzərdə tutulur.

Qeyd edilməlidir ki, İtaliyada koronavirusa yoluxma halları yenidən artmağa başlayıb və yaxın günlərdə ölkənin bir sıra regionlarının sərt karantin rejimli qırmızı zonalar elan olunacağı gözlənilir.

Tarix
2021.03.06 / 20:02
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

Ərdoğan türk dövlətlərini təbrik etdi

YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla