Yuxarı

"AKP üçün sonun başlanğıcı gəldi"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
"AKP üçün sonun başlanğıcı gəldi"

11:33

MHP başqanı Dövlət Baxçalı partiya qərargahında verdiyi açıqlamasında koalisiyaya qoşulmayacaqlarını bildirib.

Axar.az xəbər verir ki, partiya sədri ana müxalifət partiyası vəzifəsini boynuna götürməyə hazır olduqlarını bildirib:

"Zənnimcə, Türkiyədə konstitusiya etibarlıdır. Seçkilərdə əgər tək başına bir siyasi partiya iqtidar olmursa, ölkəni iqtidarsız buraxmamaq üçün keçmişdə qazanılan təcrübələrdən istifadə olunur. Davudoğlunun Məclisdəki partiyalarla necə bir hökumət meydana gətirəcəyinə dair işlərə başlaması lazımdır. Bu işlər başlamadan, siyasi partiyalarla heç bir görüş keçirilmədən danışmaq çətindir. AKP Oslo görüşündən bəri həll prosesini davam etdirib. Bu həll prosesinin bir qanadı hazırda 10 faizlik səddi aşan 79 millət vəkiliylə TBMM-dədir. Demək, birinci koalisiya AKP ilə HDP arasında olmalıdır. AKP və HDP arasındakı örtülü əməkdaşlığı kamuflyaj etmək, gizlətmək isə siyasi əxlaqsızlıqdır".

Baxçalı ikinci variant kimi AKP, CHP və HDP-nin bir koalisiya qurmaq şansını belə izah edib:

"Bunları bu an qeyri-rəsmi rəqəmlərlə ifadə etsək, AKP-HDP koalisiyası 258+79 yerlə bir koalisiya modeli olaraq ortaya qoya bilər. İkinci model isə AKP, CHP, HDP, yəni 258+132+79=469 yerlə başqa bir koalisiyadır. Bununla da 78,9 faizlə geniş bir koalisiya qurulur. Belə bir koalisiyanın içində MHP ana müxalifət vəzifəsini boynuna götürməyə də hazırdır. Ədalət və İnkişaf Partiyası təxminən 13 ildir davam edən təkbaşına iqtidarını itirib. AKP üçün sonun başlanğıcı görünür".

Tarix
2015.06.08 / 13:50
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Prezident bu qurumların rəhbər şəxslərini qəbul etdi - Foto

Azərbaycanla sülh bu halda uzunmüddətli olacaq

Heydər Əliyev həmin məqamda protokolu pozdu... - Zülfüqarov

Şoyqu Usubovla bu gün görüş keçirəcək

Zəngəzur dəhlizi açılsa, Gürcüstan itirəcək

Trampın ağır məğlubiyyəti: iki ştatı, bir şəhəri itirdi

Köçəryanla bağlı faktlar: Xüsusi agent olub... - Video

1998-ci ildə ATƏT Qarabağla bağlı nə qərar vermişdi? - Video

XİN rəhbəri Əlcəzair prezidenti ilə görüşdü

Azərbaycan və Fransa arasında mühüm danışıqlar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla