Yuxarı

“Seçkilər yenidən keçiriləcək”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Seçkilər yenidən keçiriləcək”

"Koalisiya hökuməti uzun çəkməyə bilər".

Bu sözləri Axar.az-a açıqlamasında "Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu söyləyib. Onun sözlərinə görə, koalisiya hökuməti qurmaq neqativ nəticələr doğura bilər:

"AKP aydındır ki, təkbaşına hökumət qura bilməyəcək. Onun üçün ən əlverişlisi istənilən bir partiya ilə koalisiya hökuməti qurmaqdır. Lakin partiyalar da bunu yaxşı başa düşürlər ki, bu cür hökumətdə iştirak etmək ən azı iki neqativ nəticə verəcək. Birincisi, koalisiya hökuməti uzun çəkməyə bilər. İkincisi isə, AKP-nin uğursuzluğu artıq başlayıb və bu uğursuzluğa faktiki olaraq, şərik çıxmaq deməkdir. Eyni zamanda təşkilatlar AKP-nin artıq süqut mərhələsinin başladığını da bilirlər".

Ə. Oruclu seçkilərin yenidən keçirilə biləcəyi ehtimalının olduğunu bildirib:

"Praktika göstərir ki, kabinet formalaşdıra bilməyəndə təkrar seçkilərə getdikdə iqtidar partiyası daha çox itirir. O, itirirsə, məlumdur ki, digər partiyalar qazanır. Onun üçün də əslində onların heç biri bu motivlərlə yüksək ehtimalla koalisiyaya getmək istəmirlər. Yəqin ki, seçkilər yenidən keçiriləcək".

Qeyd edək ki, dünən Türkiyədə keçirilən parlament seçkilərində hakim Ədalət və İnkişaf Partiyası (AKP) 40.70 faiz səs toplasa da, bu, partiyanın təkbaşına hökumət qurması üçün yetərli deyil.

Tarix
2015.06.08 / 20:09
Müəllif
Jalə Səmədova
Digər xəbərlər

Azərbaycan bu türk ölkəsi ilə məsləhətləşmələr keçirdi

Azərbaycan əsgəri 20 km dərinliyə necə girib? - Papikyan

Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi

Paşinyan Nəsimidən danışdı: Əgər qadın polisi gözləsəydi...

Kamil Xasiyev Avstriya prezidenti ilə görüşdü

Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT-də qəbul edildi

AKP: Azərbaycanla aramıza girməyə çalışırlar - Video

Oyuncaqların təhlükəsizliyi ilə bağlı rəsmi qərar

Onun Azərbaycanla əlaqəsi yoxdur - Alman kəşfiyyatı

Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla