Yuxarı

Kılıçdaroğlundan inanılmaz koalisiya - Şərtləri

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kılıçdaroğlundan inanılmaz koalisiya - Şərtləri

CHP AKP və digər partiyalarla mümkün koalisiya şərtlərini açıqlayıb.

Axar.az xəbər verir ki, partiya rəhbəri Kılıçdaroğlu seçkilərin nəticələrini açıqlamaq üçün iyunun 15-də məclisi toplayacaq. CHP-nin koalisiya şərtləri bunlardır:

- Müddətli baş nazirlik sistemi qurulacaq və iki il boyunca Kamal Kılıçdaroğlu baş nazir olacaq;

- Məclis rəhbərliyi CHP-yə veriləcək;

- Koalisiyada "böyük, kiçik orta" bölgülər olmayacaq, nazirliklər bərabər bölüşdürüləcək;

- Ədliyyə, Daxili İşlər və Təhsil nazirliklərinin bərpası CHP-yə veriləcək;

- Hökumətin qanuna müdaxiləsinə son veriləcək;

- 17-25 dekabr rüşvət əməliyyatı ilə bağlı araşdırmalar davam etdiriləcək və dörd sabiq nazirlə bağlı istintaq komissiyası yaradılacaq ;

- Pensiyalar ikiqat artırılacaq və hökumət qurulan kimi ilk dini bayramda veriləcək;

- Minimum əmək haqqı 580 manat, 1 il boyunca əkinçiyə mazutun qiyməti 58 qəpik olacaq.

- Lazım gələrsə, Məclis rəhbərliyi MHP-yə, bəzi komitələrə rəhbərliklər HDP-yə veriləcək.

Qeyd edək ki, az öncə "Milliyyət" qəzeti Kılıçdaroğlunun AKP-siz hökumət qurmaq üçün hərəkətə keçdiyi, artıq MHP ilə danışıqlar apardığı, HDP ilə gələn həftə görüşəcəyini bildirmişdi. Bu koalisiyada əsas maneənin isə MHP olduğu göstərilirdi. Ehtimal olunur ki, milli kimliyə görə MHP-nin kürd HDP partiyası ilə bir araya gəlməsi mümkün deyil.

Tarix
2015.06.12 / 17:19
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Bayramov BMT TŞ-nin açıq debatında çıxış etdi

Ceyhun Bayramov kubalı həmkarı ilə görüşdü

Bayramov pakistanlı həmkarı ilə görüşdü

“Arvad”dan hürkən deputata ər cavabı

Vuçiçdən Əliyevə: Serbiya buna tam sadiqdir!

Azərbaycanın mövqeyini yüksək qiymətləndiririk

İsveçrə prezidenti Azərbaycan liderini təbrik etdi

İran və Azərbaycan daim bir-birinin yanındadır - Əliyev

TRİPP üzrə yekun saziş bu tarixdə imzalanacaq

Əsədov Mişustinlə telefon danışığı apardı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla