Yuxarı

Kadırovun oğlunun şübhəli qələbəsi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kadırovun oğlunun şübhəli qələbəsi

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adəm Kadırovun boks matçındakı qələbəsi sosial-mediada ciddi söz-söhbətə səbəb olub.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, boks döyüşü “Əfsanələrin Zamanı: Xüsusi Əməliyyat” adı verilən turnir çərçivəsində baş tutubmuş.

Kiçik Kadırov texniki nokautla qalib gəlib. 13 yaşlı boksçu Kabardin-Balkariyadan olan rəqibi Aslan Bittirova heç bir şans tanımayıb. Lakin Twitter şəbəkəsində aktiv olan fanatlar başqa detallara diqqət yetiriblər. Onların fikrincə, boks döyüşünə hakimlik edən şəxs Aslan Bittirovun əli və dizi ilə döşəməyə dəymədən nokdaun hesabını saymağa başlayıb.

Bundan başqa, Kabardin-Balkariyadan olan nümayəndələr dəsmalı döşəməyə atmayıb (bu hərəkət boks döyüşündə məğlubyyəti qəbul etmək sayılır-red.). Şərhçilər bütün bunların fonunda baş verənləri ən az anlaşılmaz adlandırıb.

Qeyd edək ki, bu ilin fevralında Adəm Kadırov özünün ilk seçkilərini də “qazanıb”. Onu Əhməd Kadırov adlı Təhsil mərkəzini şagird özünüidarə dərnəyinin prezidenti təyin ediblər. Bir il əvvəl isə A.Kadırov Türkiyənin populyar “Diriliş Ərtoğrul” serialında çəkilibmiş.

Tarix
2021.04.19 / 01:21
Müəllif
Axar.az
Digər xəbərlər

DOST Agentliyinin Müşahidə Şurası iclas keçirdi

AB Şurasının üzvləri Şuşada - Foto

Bunlar dünyanın iki supergücüdür, üçüncüsü yoxdur!

Biz özümüzə hörmət edən insanlarıq - Prezident

Bizə qarşı olan bir zərbəyə 10 zərbə qaytarırıq...

Təhlükəsizlik üçün 9 milyard manat ayrılacaq

Prezident onu Bakı cəlladı adlandırdı

Ravvinlərin Ərdoğana duası, Türkiyə və İsrailin gizli əlaqələri

Ermənistanda saxlanılan əsgərimiz həbs edildi

Cəbrayıl ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla