Yuxarı

Afina ilə müzakirələr nə vaxt başladı? - Çavuşoğlu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Afina ilə müzakirələr nə vaxt başladı? - Çavuşoğlu

Son dərəcə konstruktiv açıqlamalar verdim. Dendias və Yunanıstan tərəfinin dürüst davranmadıqlarını təəssüflə gördük. Evdə danışdığımız üçün bunu diplomatik dildə söylədim. Dendias 2003-cü ildən bəri mənim dostumdur. Burada səmimi deyildilər. Təəssüfləndiyim məsələ budur. Gəlib belə bir təklif edirsən və bir anda onu relsdən çıxarırsan.

Axar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu aprelin 15-i yunan həmkarı Nikol Dendiasla Ankarada keçirdiyi görüşdən danışarkən deyib.

"Türkiyə əleyinə söylədiklərini burada, mətbuat konfransında dedi. Münasibətləri irəliyə doğru aparmaq asan deyil. 2019-cu ilin sentyabr ayında Prezident Rəcəb Tayyib Ərdoğan Yunanıstan Baş naziri Kiriakos Miçotakislə keçirdiyi görüşdə iki ölkə arasındakı bütün mübahisəli məsələləri gündəmə gətirmişdi.

İki XİN başçısı olaraq bizi vəzifələndirdilər. Cenevrə toplantısından sonra Dendiasla görüşümüz oldu, o vaxt mənə bu məsələləri müzakirə etmək üçün hazır olmadığını söylədi. Mən də "Sizin durumunuz daha çətindir. Artıq gecikdirməyək, liderlərimizlə danışaq" dedim. Bu görüş olsaydı, bir il yarım ərzində problemlər olmaya bilərdi.

Biz hər şeyə rəğmən problemləri həll etmək üçün addım atmağa hazırıq. Bunu da hər kəs toplantıda gördü", - M.Çavuşoğlu qeyd edib.

Qeyd edək ki, Ankarada keçirilən ikitərəfli görüşdən sonra mətbuat konfransında yunan nazirin “Türkiyə bizim suveren haqlarımızı pozarsa, sanksiyalar gündəmə gələcəkdir” cümləsini işlətməsi Çavuşoğlunun haqlı narazılığına səbəb olub.

Yunan nazir aprelin 15-i Türkiyədə səfərdə olub.

Tarix
2021.04.21 / 08:30
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla